9 oktyabr 2012 12:58
AFFA Rauf Əliyevin sarı vərəqəsini ləğv etdi
Bu gün AFFA İntizam Komitəsinin növbəyi iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində Topaz Premyer Liqasının 8-ci turunun AZAL – “Xəzər Lənkəran” matçı ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Bakı” – “Qəbələ” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın 43-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Rövşən Əmiraslanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Kəpəz” – “Qarabağ” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 66-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Rauf Əliyev simulyasiyaya görə sarı vərəqə verilib. Lakin matçın video yazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən də Rauf Əliyevə göstərilən sarı vərəqə ləğv edilib.
