9 oktyabr 2012 13:17
AFFA baş məşqçiyə beş oyunluq cəza verdi
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 8-ci turunda, eləcə də birinci divizionun 5-ci turunda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib.
Əvəzedicilərin çempionatının “Bakı” – “Qəbələ” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Birinci divizionunun 5-ci turunun “Qala” – “Şahdağ” matçında “Qala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyun zamanı “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibabayev tribundan hakimləri və matçın hakim-ispektorunu təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
“Lokomotiv” – “Neftçala” matçında “Lokomotiv”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Matçın 84-cü dəqiqəsində “Lokomotiv”in futbolçusu Çingiz Qurbanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Bakılı” – “Şuşa” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
