9 oktyabr 2012 13:28

Ən yaxşıların yaxşısı

Koreya XDR-in hücumçusu Ri Un-Sim FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də iştirak edən bütün digər oyunçular kimidir. Belə ki, onların bir çoxu kimi o da futbolu kollecdə oxuyarkən öyrənmişdir, Lionel Messinin fanatıdır və bir gün FIFA qadınlararası dünya çempionatının kubokunu başı üzərinə qaldırmağı arzulayır. Bununla belə, onun onu digər oyunçulardan fərqləndirən bir xüsusiyyəti var. Bu onun topu qapı xəttindən məharətlə keçirmək qabiliyyətidir.
 
Şimali Koreyalı hücumçu komandası Qambiyanın 11-0 hesablı darmadağını ilə Azərbaycan 2012-yə start verdikdən bəri qollar vurmağa davam edir və indiyə qədər komandasının turnirdə keçirdiyi hər dörd oyununda qol vurmuşdur. Çempionatın sonuna daha iki oyun qaldığı bir vaxtda, onun öz aktivində yeddi qolu vardır. Bu, turnirdə nə vaxtsa ən çox qol vurmuş oyunçu kimi Trinidad və Tobaqo 2010-da rekord müəyyən etmiş Koreya Respublikasının oyunçusu Yeo Minjinin vurduğu qollardan sadəcə bir top azdır.
 
Bununla belə, FIFA.com saytına verdiyi müsahibəsində qola həris hücumçu ilk öncə komanda məqsədinin onun üçün vacib olduğunu qeyd etmişdir.
 
"Mən dünya çempionu titulunu hamıdan çox qazanmaq istəyirəm," deyə o, qeyd edir. "Biz məqsədimizə gündən-günə yaxınlaşırıq və Kanadanı məğlub edib yarımfinala çıxdqda çox həyəcanlı idik, lakin bu bizim hələ tam məqsədimiz deyil. Almaniya üzərində qələbədən başlamaqla biz çempionluğu qazanmaq üçün bacardığımızı edəcəyik. Mən həmçinin, adidasın Qızıl Butsilərini da qazanmaq fikrindəyəm və məqsədim daha çox qol vurub onlara sahib çıxmaqdır".
 
Asiya üzrə təsnifat turnirində komandasının vurduğu ümumi 14 qoldan, yeddisi Tailand ilə oyunda olmaqla, doqquzunu vurmaqla o, qol vurmaq hərisliyini nümayiş etdirmişdir. Aprelin 25-də doğulmuş oyunçu 16 yaşlı komanda yoldaşı Ri Kyon-Hyanqdan aldığı dəstək sahəsində Azərbaycandakı turnirdə yaxşı formada qalmağı bacarmışdır.
 
"Biz vətəndə eyni klubda forma geyinirik və mən bu komandada ona ən yaxın olan oyunçuyam," deyə o, turnirdə indiyə qədər üç qol vurmuş və iki ötürmə etmiş komanda yoldaşı Ri haqqında qeyd edir. Ri, ötürmə edənlərin sıyahısında ikinci yerdə olan digər məşhur Ri Hyanq Si-dən sadəcə bir ötürmə geridədir.
 
"Mən hər bir komanda yoldaşlarımın oyununa yaxşı bələdəm," deyə Şimali Koreyalıların kollektiv gücünü vurğulayaraq Un-Sim izah edir.
 
Komandanın ən yaxşısından verilən tərif
Un-Simin komandadakı əməyini ən yaxşı qiymətləndirə bilən şəxs məşqçi Hvanq Yonq-Bonqdur: "O, komanda şəklində oynamağı bacaran oyunçudur və o, oyunu və ətrafını yaxşı sezir, bununla belə, zənnimcə onun turnirin ən yaxşı oyunçusu olmasının bir neçə səbəbləri vardır. O, həmçinin, çox yaxşı və səmimi insandır".
 
Şən və üzüyola xasiyyətli hücumçunun bir neçə pərəstişkarları da vardır və onların arasında hətta FIFA-nın 20-ci əsrin Futbolçusu Mükafatını qazanmış Sun Ven və eləcə də amerikalı Mişel Akers də vardır.
 
"Həm texnikasının həm də fiziki göstəricilərinin heyranedici olduğunu qeyd etməliyəm," deyə sabiq Çinli futbol ulduzu qeyd edir. "Onun mənəvi gücü bu xüsusiyyətləri yaxşı tamamlayır. O, eləcə də hələ çox gəncdir və bir futbolçu kimi inkişaf etməsi üçün hələ kifayət qədər vaxtı var".
 
Ri Un-Sim Azərbaycan 2012-də hələ iki oyun daha iştirak edəcək və bu, onu izləyən bütün dünya qarşısında yüksək sürətli inkişafını davam etdirmək və artıq inanılmaz qol hesabını artırmaq üçün kifayət qədər vaxtdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.