9 oktyabr 2012 13:37
Super Liqada növbəti baş məşqçi istefası
Bu barədə o, özü məlumat verib: “Təəssüf ki, məni bağrına basıb, sevgisini göstərən bu klubdan ayrılmaq məcburiyyətində qaldım. Burda çalışdığım üçün özümü xoşbəxt sayıram. Bu klubda uzun illər çalışmaq istərdim. Amma təəssüf ki, klub rəhbərliyi bu işdə yalnız buraxıldı və maliyyə sıxıntıları, dar büdcə normal fəaliyyətimizə, istədiyimiz transferləri etməyimizə mane oldu. Bu günə qədər mənə dəstək olan azarkeşlərə təşəkkür edirəm”.
Qeyd edək ki, “Elazığspor” geridə qalan 7 turda cəmi 3 xalla 18 komanda arasında sonuncu pillədə qərarlaşıb.
