9 oktyabr 2012 13:59
Rəşad Sadıqov: Zədəmin daha ciddi olacağından qorxurdum
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov zədələnib. Azerisport.az xəbər verir ki, o, millimizin Bakıdakı toplanışı çərçivəsində ötən günkü məşq zamanı dizindən zədə alıb.
Bu üzdən millimizin üzvü hazırlığı başa vura bilməyib. Müayinədən sonra isə həkimlər Sadıqovun qarşıdakı 2-3 gündə də məşqləri buraxmasının lazım olduğunu bildiriblər.
Futbolçu özü isə saytımıza açıqlamasında zədəsi ilə bağlı bunları söyləyib: “Düzünü deyim ki, zədəmin daha ciddi olacağından qorxurdum. Amma kiçik fasilədən sonra məşqlərə başlaya biləcəm. Fikrimcə, Rusiya ilə oyuna qədər tam hazır olacağam. Komandamıza gəlincə, uşaqlar hamısı böyük istəklə çalışırlar. Məşqlərimizi “Bayıl” stadionundakı süni qazonda edirik. Axı Rusiya ilə oyun da süni örtüklü stadionda baş tutacaq”.
