9 oktyabr 2012 14:12

AFFA-nın baş katibi azarkeşləri stadiona səslədi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bəyan edib ki, sentyabrın 22-də start götürən və artıq başa çatmaq üzrə olan FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 oyunları istər beynəlxalq futbol qurumlarının, istərsə də ölkə futbol ictimaiyyətinin diqqət mərkəzində olaraq böyük maraqla izlənilir. Azerisport.az xəbər verir ki, eyni zamanda FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri olan Elxan Məmmədov açıqlamasında bunları dilə gətirib:
 
"Mundialın oyunlarının dünyanın bir çox ölkəsində yayımlanması beynəlxalq aləmdə ölkəmizin təbliğatının aparılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Mundialın açılışında FIFA prezidenti Yozef Blatter də iştirak etdi. Sonrakı günlərdə qurumun vitse-prezidentləri İssa Hayatou və eyni zamanda, Okeaniya Futbol Konfederasiyasının prezidenti David Çunq və digər rəsmi şəxslər ölkəmizdə səfərdə oldular. Onlar da dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu, ölkəmizdə futbolun inkişafı ilə bağlı böyük işlərin görüldüyünü bildirdilər. Onu da qeyd edək ki, qonaqların bəziləri Azərbaycana ilk dəfə gələrək ölkəmiz barədə ətraflı məlumat əldə etdilər".
 
Məmmədovun sözlərinə görə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin final qarşılaşmasında da FIFA və UEFA rəsmilərinin iştirakı nəzərdə tutulub: "Oktyabrın 13-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final qarşılaşmasında azarkeşləri stadiona dəvət edir, əsl futbol bayramı ab-havasını yaşamağa səsləyirik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.