9 oktyabr 2012 01:21
Bakının futbolçusu Finlandiya və Belarusla oyunlara çağırıldı
"Bakı" futbol klubunun müdafiəçisi George Popxadze 2014-cü il Dünya Çempionatının seçmə mərhələ oyunlarında iştirak etmək üçün Gürcüstan milli komandasının düşərgəsinə dəvət olunub. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
Əlavə edək ki, Gürcüstan yığması 12 oktybar 2012-ci il tarixində Finlandiya, 16 oktyabr 2012-ci il günündə isə Belarusla qarşılaşacaq. Gürcüstan millisi hər iki oyunu səfərdə keçirəcək.
