9 oktyabr 2012 14:25

Aslan Kərimov: Millinin Rusiya ilə oyununda hər şey baş verə bilər

 
Futbol üzrə Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirəcəyi səfər matçından, eləcə də Dmitri Nazarovun əsas komandamıza dəvət almasından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Oyunun Moskvada keçiriləcəyini nəzərə alsaq, Rusiya yığmasının şanslarının daha yüksək olduğunu anlamaq çətin deyil. Şanslar 65-in 35-ə meydan sahiblərinin xeyrinədi. Təəssüf ki, bu oyunda hər şey istədiyimiz kimi alınmaya bilər. Lakin meydanda hər şey baş verə bilər”.

Rusiya Azərbaycanla oyun öncəsi Portuqaliya ilə qarşılaşacaq. Lakin mümkündü ki, bu oyunda İspaniya “Real”ının hücumçusu Ronaldo ruslara qarşı oynamasın: “Ronaldo Portuqaliya üçün önəmli futbolçudu. Xüsusilə də belə rəqiblərlə görüşdə komandanın ona ehtiyacı var. Ən azından standart vəziyyətlər zamanı onun necə təhlükəli futbolçu olduğunu hamı görüb”.
 
Kərimov yığmamıza yeni dəvət alan Dmitri Nazarovla bağlı bunları söyləyib: “Əgər keyfiyyətli futbolçudursa, niyə də çağırmayaq? Mən onun necə futbolçu olduğunu bilmirəm. Ona görə də indidən nəsə demək düz çıxmaz. Hər halda onun milliyə nə dərəcədə faydalı olacağını görmək lazımdı. Amma adi futbolçulardan fərqlənməyəcəksə, onda biz nəyə görə yerliləri qoyub, ona qucaq açmalıyıq”?
 
Özü də Ufuk Budak, Cihan Özkara və Əli Gökdemirdən fərqli olaraq, Nazarovun Azərbaycanla heç bir əlaqəsi yoxdu: “Əlbəttə, bütün azarkeşlər də istər ki, yığmada yalnız azərbaycanlı futbolçular çıxış etsin. Lakin istənilən halda ona şans vermək lazımdı. Məsələn, Ufuk da U-21-ə dəvət olunanda hamı onun əleyhinə çıxırdı. Amma sonradan gördük ki, o, həqiqətən də yaxşı futbolçudu, yığmanın gücünə gücə qatmağı bacarır. Şəxsən mən belə hesab edirəm ki, Nazarova da şans verməliyik. Yalnız ondan sonra hansısa nəticə çıxarmaq, qərar vermək olar”.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.