9 oktyabr 2012 15:38
Azərbaycan Rusiya ilə oyun üçün heyətini açıqladı
Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya – Azərbaycan matçı öncəsi bu iki ölkənin futbol veteranları da üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, veteranlar rəsmi oyundan bir gün öncə - oktyabrın 15-də Moskvadakı “Lujniki” stadionunda yoldaşlıq görüşü keçirməyə hazırlaşırlar.
Artıq azərbaycanlı veteranların Rusiya paytaxtına hansı heyətlə gedəcəyi bəllidi. Yığmamızın heyətində aşağıdakı futbolçular yer alacaqlar:
Hüseyn Məhəmmədov, Arif Əsədov, Aslan Kərimov, Səttar Əliyev, Elmir Xankişiyev, Rüfət Quliyev, Əli Abışov, Zaur İsmayılov, Musa Qurbanov, Samir Ələkbərov, İlqar Hüseynov, Şahin Diniyev, Ədahim Niftəliyev, İsgəndər Cavadov, Nazim Süleymanov, Rüstəm Rəhimov, Səməd Qurbanov, Ələkbər Məmmədov, Oqtay Abdullayev.

Maraq üçün bildirək ki, seçmə mərhələ çərçivəsində keçiriləcək Rusiya – Azərbaycan matçı da oktyabrın 16-da məhz “Lujniki” stadionunda oynanılacaq.