9 oktyabr 2012 15:56
Dmitri Nazarov yığmamızın toplanışında iştirak etməyəcək
Baxış üçün Azərbaycan milli komandasının Bakıda keçirilən təlim-məşq toplanışına dəvət olunmuş Almaniyanın "Preussen Munster" klubunun üzvü Dmitri Nazarov zədələnib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, qazax əsilli almaniyalı futbolçu zədəli olduğuna görə oktyabrın 10-dan etibarən millinin hazırlıq prosesində iştirak etməyəcək.
