9 oktyabr 2012 16:09

Joze Alesio: Barcelona ilə oyun üçün bəzi sürprizlərim var

Sabah – oktyabrın 10-da futzal üzrə UEFA Kubokunun elit raundunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Araz” bu mərhələdə İspaniyanın “Barcelona”, Sloveniyanın “Litija” və Xorvatiyanın “MNK Split” klubları ilə mübarizə aparacaq.
 
Sloveniyada keçiriləcək qrup oyunları ərəfəsində Naxçıvanı təmsil edən Azərbaycan klubunun braziliyalı çalışdırıcısı Joze Alesio fikirlərini açıqlayıb: “İlkin mərhələnin oyunlarından sonra bizim yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız var idi. Bu imkandan maksimum yararlanmağa çalışmışıq. Bizim planlarımızı yalnız Şikunun ailəsindəki faciə korladı. O, bununla əlaqədar ailəsinin yanında olmalı idi və biz müdafiəçiyə icazə verməli olduq. Bu üzdən müdafiə cütlüyümüzü dəyişməli olduq. Rizvan Fərzəliyevlə yanaşı Maşado Nilson oynamalı olacaq”.
 
Qrupdakı ən çətin oyun “Barcelona”ya qarşı olacaq. Amma braziliyalı mütəxəssis hələlik yalnız ilk oyunu düşünür: “Bizi ilk növbədə “Litija” maraqlandırır. Çünki turniri bu rəqiblə açacağıq. Ciddi rəqibdi. Onlar Gürcüstan “İberia”sı kimi güclü komandanı qabaqlamağa nail olublar. Xorvatiya təmsilçisini də sıradan rəqib saymaq olmaz. Bu komandada ölkə yığmasının futbolçuları çıxış edirlər”.
 
Joze Alesio İspaniya və Avropa nəhəngindən də danışıb: “Biz taktiki planda bu komandadan güclü olduğumuzu sübut etməliyik. Mənim bu komanda ilə görüşdə bəzi sürprizlərim var. Ötən mövsüm bu komandanın dördlər finalına çıxmasına mane ola bilmədik. Bu dəfə buna imkan verməməliyik”.
 
Heyətlə bağlı problemlərə rəğmən, Joze Alesio nikbindi: “Bizim yeganə hədəfimiz dördlər finalına çıxmaqdan ibarətdi. Ötən mövsüm istəyimizə nail ola bilməmişdik. Amma bu il kifayət qədər gücümüz var ki, qrup birincisi olaq. Mən öz komandama inanıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.