9 oktyabr 2012 17:16
“Əminəm ki, bu klubu daha uğurlu gələcək gözləyir”
“İnter”in yeni direktoru Natiq Məmmədov müsahibəsində təyinatı barədə danışıb, komanda haqqında fikirlərini bölüşüb və digər suallara cavab verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Maraqlıdır, bu vəzifəyə təyinatınız necə baş verdi?
- Maraqlıdır, bu vəzifəyə təyinatınız necə baş verdi?
- Futbolun böyük azarkeşiyəm və mənə bu təklifi qəbul etmək çox xoş oldu.
- Yəqin təyinatınızadək “İnter” haqqında məlumatınız var idi...
- Bəli, dediyim kimi, futbol mənim üçün çox maraqlıdı. Bundan başqa, voleybol, hoккey və basketbol da xoşuma gəlir. “İnter”ə gəldikdə, onu deyə bilərəm ki, həmişə yerli futbolu izləmişəm və Azərbaycanın ən yaxşı klublarından biri olan “İnter” haqqında çox məlumatım vardı.
- Siz artıq bir həftədir vəzifələrinizin icrasına başlamısınız. Komanda haqqında nə deyə bilərsiniz?
- Burada çox yaxşı atmosfer hökm sürür. Etiraf edim ki, Kaxaber Tsxadadze kimi məşqçi ilə işləmək çox xoşdu. Bu şəxs işinin əsl peşəkarıdı. O, yaxşı taktik və məşqçidi. “İnter”in tarixində titullar var və mən əminəm ki, bu klubu daha uğurlu gələcək gözləyir. (klub saytı)
