9 oktyabr 2012 17:23
İnterlə Qarabağ yoxlama matçı keçirəcək
“İnter” Dünya Çempionatı-2014-ün seçmə mərhələsinin oyunlarıyla əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edərək yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, “bankirlər” oktyabrın 13-də “Şəfa” stadionunda “Qarabağ”la qarşılaşacaq.
Oyun saat 18.00-da başlayacaq.
Qeyd edək ki, “İnter” Azərbaycan milli komandasının sərəncamına 3 futbolçu göndərib - Vladimir Levin, Nizami Hacıyev və Ruslan Əmircanov. Abdulla Abasıyev isə gənclərdən ibarət milli komandaya dəvət edilib.
