9 oktyabr 2012 18:43
Neftçinin rəqibi ciddi itki ilə üzləşdi
Serbiyanın “Partizan” klubu ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Belqrad klubunun əsas qapıçısı Vladimir Stoykoviç ağır zədə alıb.
O, bu üzdən uzun müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq. İlkin ehtimallara görə, Stoykociç ən tezi iki ay sonra məşqlərə başlaya biləcək.
Qeyd edək ki, “Partizan” Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibidi. Aldığı zədə Stoykoviçin noyabrın 22-də Bakıda baş tutacaq görüşdə iştirak etməsinə də imkan verməyəcək.
