9 oktyabr 2012 11:15

Saşa Stamenkoviç: 30 minlik stadionda oynadıqdan sonra 300 azarkeşin qarşısına çıxmaq çox çətindi

Azərbaycan çempionu “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Topaz Premyer Liqasının 8-ci turunun “Turan”la oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Oyun haqda nə deyə bilərsiz?
- Bu görüşdə bizə sadəcə 3 xal qazanmaq lazım idi. Buna da nail olduq. İndiki məqamda oyun keyfiyyəti bizim üçün o qədər də vacib deyil.
 
- Amma məhz oyun keyfiyyəti baxımından ciddi problemlərin olduğu diqqət çəkirdi...
- Razıyam. İtaliya “İnter”i ilə çətin oyundan sonra bizə bu görüşdə qələbə qazanmaq vacib əhəmiyyət daşıyırdı. Fikrimcə, “Neftçi” “Turan”ı yalnız ustalıq səviyyəsinə görə məğlub edə bildi.
 
- Son dəqiqələrdə buraxdığınız qola ciddi etiraz edirdiniz...
- Mən topu qapı xətti üzərində tutmuşdum. Topun qapıya daxil olmasından heç bir söhbət gedə bilməzdi. Hakim səhvə yol verdi. O, bunu videotəkrara baxanda başa düşəcək. Amma mən hakimləri günahlandırmaq da istəmirəm. Onlar da futbolçular kimi səhvə yol verə bilərlər.
 
- Bu qələbə sayəsində “Neftçi” turnir cədvəlində xeyli irəliləməyə də nail oldu...
- İndi heç turnir cədvəlinə baxmaq da istəmirəm. Biz hamıdan az oyun keçirmişik. Təxirə salınan oyunlarımızı da keçirəndən sonra, turnir cədvəlinə nəzər salmaq olar. Oyun sayını bərabərləşdirəndən sonra hamısından da olmasa, Premyer Liqanın əksər iştirakçılarına yuxarıdan aşağı baxacağımıza əminəm.
 
- Yeri gəlmişkən, Avropa Liqasında İtaliya “İnter”i ilə oyundan sonra “Turan”la görüşə köklənmək çətin deyildi ki?
- Düzünü deyim ki, asan olmadı. 30 minlik stadionda oynadıqdan sonra 300 azarkeşin qarşısına çıxmaq çox çətindi. Çox böyük fərq vardı. Motivasiya olmaq asan deyildi. Amma biz özümüzdə güc tapdıq, qələbə qazandıq. Hər halda bütün bunlara hazır olmaq məcburiyyətindəyik.
 
- Çempionat oyununa da Avroliqadakı formayla çıxmışdınız. Bu, nə ilə bağlı idi?
- Bu formaları niyə geyindiyimizi bilmirəm. Hansısa formanın uğur gətirməsinə o qədər də inanmıram. Uğur qazanmaq üçün ilk növbədə yaxşı futbol sərgiləmək lazımdı.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.