9 oktyabr 2012 11:29
Yığmamızın planlarında dəyişiklik edildi
Futbol üzrə Azərbaycan milli komandasının oktyabın 10-da keçiriləcək mətbuat üçün açıq məşqinin və baş məşqçi Berti Foqtsun mətbuat konfransının vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Hər iki tədbirin vaxtı və məkanı aşağıdakı kimi olacaq:
10 oktyabr, saat 14:30
AFFA-nın inzibati binası
Berti Foqtsun mətbuat konfransı
10 oktyabr, saat 16:15
Bayıl stadionu
Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi
