9 oktyabr 2012 11:44
Azərbaycan yığmasının AÇ üçün heyəti açıqlandı
Oktyabrın 26-dan 31-nə qədər Xorvatiyada Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Vəli Qasımov seçmə mərhələ oyunları üçün 20 futbolçuya dəvət göndərib.
Yığmamızın İslandiya, Gürcüstan və Xorvatiya ilə oyunlarına çağırılan futbolçuların siyahısı belədi:
Emil Balayev - "Neftçi"
Eyyub Əliyev - "Simurq"
Tərlan Əhmədli - "Rəvan"
Samir Yusifov - "Neftçi"
Fuad Bayramov - "İnter"
Azər Salahlı - "İnter"
Kamal Mirzəyev - "Qəbələ"
Murad Musayev - "Qəbələ"
Hasan Demir - FSV "Frankfurt" (Almaniya)
Şamil Camallədinov - "Sumqayıt"
Taşkın İlter - "Türkiyəmspor" (Almaniya)
Namiq Ələsgərov - "Bakı"
Coşqun Diniyev - "İnter"
Elşən Abdullayev - "Neftçi"
Orxan Əliyev - "Sumqayıt"
Ruslan Nəsirli - "Sumqayıt"
Bayram Budaqov - "Dnepr" (Ukrayna)
Eldar Cankişiyev - "Anji" (Rusiya)
Məqsəd İsayev - "Neftçi"
David Qarayev - "Qubkin" (Rusiya)
26 oktyabr, saat 18:30
Azərbaycan - İslandiya
Zaqreb. NK Hask stadionu
Baş hakim: Marios Panayi (Kipr)
28 oktyabr, saat 18:30
Gürcüstan - Azərbaycan
Zapreşiç. NK İnter Zapreşiç stadionu
Baş hakim: Marios Panayi (Kipr)
31 oktyabr, saat 18:30
Azərbaycan - Xorvatiya
Sesvete. Sv. Josip Radnik stadionu
Baş hakim: İvan Kruzliak (Slovakiya)
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
