9 oktyabr 2012 11:55
Sumqayıt məşqlərini nə vaxt bərpa edəcək?
“Sumqayıt” Futbol Klubu istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, Bernard Raabın komandası oktyabrın 12-dən etibarən məşqlərə başlayacaq.
Komanda gün ərzində 2 dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq edəcək.
Qeyd edək ki, “Sumqayıt” FK Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində, oktyabrın 21-də doğma azarkeşləri qarşısında “Rəvan”ı qəbul edəcək.
“Sumqayıt” FK-nun əvəzedici komandası isə bu gündən etibarən hazırlıqlara başlayıb. Vaqif Paşayevin yetirmələri Mazasır qəsəbəsində yerləşən “Əlincə” stadionunda hazırlaşır.
