9 oktyabr 2012 12:06
Nəhənglər və ilk dəfə 1/2 finala yüksələnlər üz-üzə
Yarımfinal qarşılaşmalarının birində bugünədək 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatında sadəcə iştirak edən deyil, həm də kubok uğrunda final görüşlərinədək irəliləyən Koreya XDR ilə Almaniya üz-üzə gələcəklər. Digər yarımfinal oyununda isə əksinə, Fransa və Qananın simasında çempionat tarixində ilk dəfə olaraq dördlüyə yüksəlmiş, lakin kuboka heç də az iddialı olmayan komandalar qarşılaşırlar.
Bu iki qarşılaşmanın xarakteristikası Azərbaycan 2012 Çempionatının məntiqi səciyyəsini əks etdirir. Belə ki, çərşənbə axşamı Bakının 8KM stadiounundakı qarşılaşmalar şənbə günü final oyununda hansı komandaların üz-üzə gələcəyini müəyyən edəcək.
Günün oyunu
Koreya XDR – Almaniya, 9 oktyabr, 20.00 (yerli vaxtla)
Almaniya və Şimali Koreya artıq üçüncü dəfədir ki, 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatının final mərhələsində qarşılaşırlar. Bu iki komanda arasındakı ötən qarşılaşmalar bərabər mübarizə şəraitində keçmişdi. Bu isə öncədən proqnoz verməyi bir qədər də çətinləşdirir. 2008-ci Yeni Zellandiya Çempionatında kuboka sahib çıxmış asiyalılar hələ qrup mərhələsində ikən avropalı rəqibləri ilə qarşılaşarkən 1-1 hesablı heç-heçə etmişdilər. 2010-cu ildə Trnidad və Tobaqoda isə dörddə bir final mərhələsində koreyalılar qrup mərhələsinin hər üç qarşılaşmasında qalib gələn və 22 qol vuran almanları 4-1 hesabı ilə məğlubiyyətə uğratmışdılar.
Bununla belə, ümumilikdə FIFA qadın yarışları tarixində almanlar daha yaxşı göstəriciləri ilə seçilirlər. Almanlar altı qarşılaşmanın üçündə qalib gəlmiş, bir oyunda heç-heçə etmiş və ikisində məğlub olmuşdular. Bu qələbələrə 2007-ci ildə Çində keçirilən qadınlararası Futbol üzrə Düya Çempionatında və 2008-ci ildə Pekində Qadınların Futbol üzrə Olimpiya Yarışlarındakı qalibiyyətlər də daxildir. Son qarşılaşmanın əlavə olunmuş vaxtında qol vurmaqla və Braziliyanı çempionatdan uzaqlaşdırmaqla komandasını səkkizliyə yüksəldən Sara Dabritzin kapitanlıq etdiyi bu yeni nəsil istedadlı alman futbolçuları Ri Un-Sim və Koya üstün gələ biləcəklərmi? Sonuncular dörddə bir final qarşılaşmasında Kanadanı məğlubiyyətə uğratmışdılar və Qananı 11-0 hesabla darmadağın etməklə çempionatın ən böyük hesablı qələbəsinə imza atmışdılar.
Digər qarşılaşma
Fransa - Qana, Bakı, 9 oktyabr, 17.00 (yerli vaxtla)
Digər yarımfinalçılardan tam fərqli olaraq, Fransa və Qana heç vaxt 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatında kuboka bu qədər yaxın olmamışdılar. Mas-Ud Dramaninin rəhbərlik etdiyi yığma çempionat tarixində yarımfinala yüksələn ilk Afrika komandasıdır. Bu üzdən qananlıların çiyinlərinə düşən yük olduqca ağırdır. Bundan başqa, dörddə bir final mərhələsində Yaponiyanı yarışmadan uzaqlaşdırdıqdan sonra qanalılar həm də çempionatın sürpriz komandası hesab olunurlar.
Əvvəllər heç vaxt qrup mərhələsindən irəli gedə bilməyən Fransa da tarix yazmağa çox yaxındır. Azərbaycan torpağında artıq Qambiya və Nigeriyanı məğlubiyyətə uğratmış fransızların çevik və güclü qanalılarla qarşılaşma öncəsi özlərinə inamlı olmaları üçün kifayət qədər haqları var.
Əsas oyunçu
Almaniya yarımmüdafiəsinin mühərriki olan daima hərəkətli və çevik Sara Dabritz istənilən rəqib üçün başağrısı ola bilər. Komandanın bütün hücumlarının mərkəzində yer alan 10 nömrəli oyunçu qol vurmaqda da yoldaşlarından geri qalmır. Belə ki, o, qrup qarşılaşması zamanı Uruqvayın qapısından iki qol keçirmiş, Braziliya ilə dördə bir final oyununda isə komandasının bərabərlik qolunu vurmuşdu.
Statistika
10 – Braziliyalılar üzərindəki qələbə almanların17 yaşadək qızların futbol üzrə Dünya Çempionatlarında keçirdikləri 14 qarşılaşmadan sayca 10-cu qələbəsi oldu. Bu göstəriciyə görə, onlar Yaponiya ilə eyni pilləni paylaşırlar. Koreya XDR üzərində qələbə qazansalar isə çempionat tarixində yeni rekord vurmuş olacaqlar.
Sitat
“Daima oyunun son dəqiqələrində qol vurmaq ideyası mənim xoşuma gəlmir. Yenidən eyni vəziyyətə düşməmək üçün Şimali Koreya ilə qarşılaşmada görüş boyu güclü oyun göstərə biləcəyimizə inanıram”, Almaniya yığmasının baş məşqçisi Anouşka Bernhard.
