9 oktyabr 2012 21:50
Azərbaycanda keçirilən DÇ finalçılarını tanıdı (YENİLƏNİB)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012 davam edir. Azerisport.az xəbər verir ki, bu gün mundialın yarımfinal mərhələsinin oyunları keçirilib.
Öncə Fransa ilə Qana üz-üzə gəlib. Fransızlar iki cavabsız qol vurduqları görüşü qalib başa vuraraq, mundialın ilk finalçısı olublar.
Günün digər oyununda isə Koreya XDR ilə Almaniya münasibətlərinə aydınlıq gətiriblər. Koreyalılar bu görüşdə də qalib gələrək, finala çıxıblar.
Beləliklə, mundialın həlledici görüşündə KXDR ilə Fransa üz-üzə gələcəksə, Qana və Almaniya da bürünc medalın sahibini müəyyənləşdirəcək.
DÇ-2012
Yarımfinal
9 oktyabr
FRANSA – QANA - 2:0 (1:0)
Qollar: Diani, 31; 89.
Bakı. 8-ci km stadionu.
Hakim: Samuels Kardella (Yamayka).
KXDR - ALMANİYA - 2:1 (1:0)
Qol: Kim So Hyanq, 39; 47 - Knaak, 59.
Bakı. 8-ci km stadionu.
Hakim: Umpierres Klaudia (Uruqvay).
