9 oktyabr 2012 12:14

Fransızları Bakıda qələbəyə kim və necə ilhamlandırır?

Qridj Mbok Bati FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də son dördlüyə çıxmış Fransa komandasının məşhur və mühüm oyunçularından biridir.
 
Bunu dəqiqləşdirmək üçün komanda yoldaşlarından onun haqqında soruşmaq kifayətdir:
 
"O, hər bir hücumçunun çəkindiyi müdafiəçidir," deyə komandanın hücumçusu Poulin Kesin qeyd edir. "O, hər kəsin komandada onunla bərabər oynamaq istədiyi bir müdafiəçidir".
 
"O, çox əla oyunçudur," deyə Li Deklerq əlavə edir. "Mbok rəqs meydançasındakı kimi, topu da ayağında eynilə möhkəm saxlayır".
 
"O, çox valehedici bir qızdır," deyə məşqçi Quy Feriyer qeyd edir. "O, sakit və öz yaşına görə çox yetgin insandır".
 
Qısası, Mbok Bati ciddi səhvlərə yol verməz.
 
Mərkəz müdafiəçisi ilə görüşümüz onun bu əfsanəvi keyfiyyətlərini təsdiq etdi. Xaraktercə böyük ürəyi, şirin danışığı və xoşagəlimli gülüşü ilə o, dediyi sözlərin yerini bilir.
 
Mbok Bati  meydançada da eynilə özünə-inamlıdır və dərhal fitri istedada malik oyunçulardan biri olduğunu göstərir. Oyunu yaxşı sezən Batinin ötürmələri çox dəqiqdir, rəqibdən topu almağı isə çox sərtdir.
 
Fransanın şanslı cazibədarı
O, həmçinin komandasının talismanıdır. Bu fikir artıq öz təsdiqini tapmışdır. Belə ki, bu il iyun ayında keçirilmiş UEFA U-17 Avropa qadınlararası dünya çempionatının Almaniyaya qarşı final oyununu hər iki çanaqda zədəsinin olması səbəbindən buraxmalı olmuşdu. Fransa isə 11 metrlik cərimə zərbələri seriyasında uduzaraq son aylardakı ilk məğlubiyyətini almışdı.
 
"Yox, komanda o oyunda mənim iştirak etmədiyimə görə məğlub olmayıb. Bu sadəcə təsadüfdür," deyə Azərbaycan 2012-də Fransanın heyətində iştirak edə bilmək üçün tam vaxtında ikili zədədən sağalmış Mbok Bati FİFA.com saytına verdiyi müsahibəsində qeyd edir.
 
"Mən tələb olunan vaxta qədər lazımi formanı bərpa edə bilməyəcəyimdən narahat idim," deyə o, söhbətinə davam edir. "Mən avqust ayında yenidən məşqlərə başladım və məşqçilər heyəti mənim bərpa olunma prosesini tezləşdirmək üçün bir plan təklif etdilər. Mən o plana tam olaraq əməl etdim və sonda hər şey uğurlu alındı".
 
"Fransanın turnirdə indiyə qədər keçirdiyi dörd oyunun hər bir saniyəsində onun iştirak etməsi faktı buna yaxşı sübutdur. Məşqçi Feriyer onun irəliləyişinə heyrandır: "O, yenidən komandaya bu yaxınlarda qatıldı, lakin heçdə lazımi formada deyildi. Lakin hazırda o, hər oyunda performansını artırır".
 
Fransanın 0-0 hesabı ilə bitmiş ilk oyununda ABŞ-ın təhlükəli hücumçularının qarşısını almaqla möhtəşəm oyun sərgiləmiş Mbok Bati Koreya XDR ilə 1-1 hesabı ilə yekunlaşmış oyunda da təkrar olaraq əla performans nümayiş etdirmişdir və nəhayət, 10-2 hesabı ilə Qambiyanın darmadağın edildiyi oyunda isə üç müdafiəçidən ibarət arxa xəttin mərkəzində dayanmış və qol vurmaq bacarığının da olduğunu sərgiləyərək künc zərbəsindən sonra cərimə meydançasında bir neçə oyunçunun ayaqları arasından topu qapı xəttindən keçirmişdir.
 
"Bu, karyeramın heç də ən gözəl qolu deyildi, lakin ən azından vacib bir qol idi, deyə o, gülümsəyərək izah edir".
 
Fransızların 1/4 finalda Nigeriya üzərində qazandıqları qələbədə Mbok Batinin əməyi az olmamışdır, belə ki, mərkəz-müdafiəçi qrup mərhələsində altı qolla ən çox qol vurmuş Çinvendu İhezu və dörd qol vurmuş Halimatu Ayinde cütlüyünün təşkil etdiyi hücumların kəsərini sıfıra endirmişdir.
 
Oyunun əsas vaxtında hesabın qolsuz qorunub saxlanılmasına kömək etməklə o, 11 metrlik cərimə zərbələri seriyasında komandasının yerinə yetirdiyi beş zərbədən birini qola çevirmək üçün də özündə qüvvət tapmışdır:
 
"Oyun ərzində mən başla bir neçə qol imkanlarını qaçırdım, lakin mən bu barədə düşünməyib, bütün fikrimi qola cəmlədim. Qol vuracağımı bilirdim".
 
Rəqqas Bati
Fransanın 11 metrlik cərimə zərbələri seriyasında qələbə qazanması onların indi ənənəvi olan "Duqi Rəqsi" nin yaranmasına səbəb olmuşdur və onu ilk dəfə bu sahədə mütəxəssis olan xanım Mbok Bati yerinə yetirmişdir.
 
"Biz nə isə qeyd etməli olduqda azca bu rəqsi yerinə yetiririk və mənim Duqi rəqsini oynamaqdan çox xoşum gəlir," deyə mərkəz yarımmüdafiəçisi qeyd edir. "ABŞ-da bu rəqs çox məşhurdur, lakin indiki bu rəqs 80-ci illərin Duqi Rəqsindən xeyli fərqlənir".
 
Mbok Bati ən yüksək səviyyədə futbol karyerası ilə bərabər təhsilini də davam etdirir. Fransanın yüksək liqasında çıxış edən Guingamp klubunda forma geyinməklə bərabər o, həmçinin bu tədris ilinin sonunda bakalavr dərəcəsi əldə etmək üçün iqtisadiyyat və sosial elmlər fənnlərindən imtahan verəcək.
 
"Təlim-məşq sessiyalarının ortalarında mən dərslərimi də etməyə çalışıram," deyə, Britaniyada doğulmuş Kamerun əsilli oyunçu qeyd edir.
 
Azərbaycanda bir neçə gün daha qalacağından narahat görünməyən oyunçu növbəti bir neçə gündə də həmçinin dərsləri ilə məşğul olmağı planlaşdırır: "Mən dərslərimi oxumağa davam edəcəm. Heç də böyük problem deyil. İndi ən vacib məsələ Fransanın bu irəliləyişini davam etdirməkdir".
 
"Bütün oyunçularım tamamilə valehedicidirlər, lakin Qridj sözün əsl mənasında möhtəşəmdir," deyə məşqçi Feriyer heyranlıqla qeyd edir. "Meydanda o, texnikası ilə liderdir, ondan kənarda isə xarizması ilə. Onu qarşıda çox parlaq gələcək gözləyir."
 
"Bu məşqçinin dediyi sözlərdirsə, demək yalan ola bilməz, deyə Mbok Bati gülərəkdən suala cavab verir. "Mən onun dediklərini heç vaxt şübhə altına qoya bilmərəm".
 
Yüksəlişdə olan karyerasında növbəti addım çərşənbə axşamı qanalılara qarşı keçiriləcək yarımfinal oyununda atılacaq. Bu oyunda da rəqqas mərkəz yarımmüdafiəçisi Duqi rəqsini bir daha oynacağına ümid edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.