9 oktyabr 2012 12:23
Rusiya - Azərbaycan matçı öncəsi veteranlar da qarşılaşacaq
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya – Azərbaycan matçı öncəsi bu iki ölkənin futbol veteranları da üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, veteranlar da yoldaşlıq görüşü keçirməyə hazırlaşırlar.
Həmin görüşün Moskvadakı “Lujniki” stadionunda keçirilməsi planlaşdırılır. Qarşılaşma oktyabrın 15-də baş tutacaq.
Maraq üçün bildirək ki, seçmə mərhələ çərçivəsində keçiriləcək Rusiya – Azərbaycan matçı da oktyabrın 16-da məhz “Lujniki” stadionunda oynanılacaq.
