9 oktyabr 2012 00:28
“Azərbaycan yığması hədiyyə sayıla bilməz”
Futbol üzrə Rusiya yığmasının hücumçusu Artyom Dzyuba DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya (12 oktyabr) və Azərbaycan (16 oktyabr) yığmalarına qarşı keçirəcəkləri oyunlar ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mən deməzdim ki, Portuqaliya ilə bu oyun seçmə mərhələdəki həlledici qarşılaşma olacaq. Çünki qarşıda hələ çox oyun var. Elə Portuqaliyadan sonra qarşılaşacağımız Azərbaycan yığması da hədiyyə sayıla bilməz. Özü də Azərbaycanla oyun evdə olacaqsa, portəgizlərlə səfərdə üz-üzə gələcəyik. Ona görə də bizi çətin oyunlar gözləyir. Amma ən azı evdə maksimum xal toplamağa borcluyuq”.