9 oktyabr 2012 13:05

Almaniyalı cütlük yarımfinala hazırdı

 
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də almanların bir neçə dramatik qolları olmuşdur. Gərgin və kəskin mübarizə şəraitində keçən 90 dəqiqədə Anuşka Bernhardın komandası oyunun sonundakı artırma dəqiqələrində vurduqları mühüm qollarla rəqiblərini iki dəfə məyus etmişlər.
 
"Biz meydana çıxıb son dəqiqədə və ya əlavə vaxtda qol vurmağı planlaşdırmırıq," deyə komandasının 1/4 final oyununun son saniyələrində vurduğu qolla Braziliya üzərində qazandığı qələbəsinin ardından verdiyi mətbuat konfransında Bernhard qeyd etmişdir. "Biz oyuna başlayan kimi dərhal pressinq tətbiq edib, qol vurmağı düşünürük, lakin təəsüf ki, əvvəlki oyunlarımızda hələ ki, bunu edə bilməmişik. Mən nədən ilk hissədə deyil, məhz ikinci hissədə gözlənilmədən oyunun tempini artırıb qol vurmağımızın səbəbini heç özüm də bilmirəm. Koreya XDR-ə qarşı oyunda bu cür ehtiraslı və keyfiyyətcə üstün oyunu ilk hissədəcə nümayiş etdirə bilməyimiz əlbəttə ki, çox yaxşı olardı".
 
Bitişik mərkəz müdafiəçi cütlüyü
Braziliyanı məyus edib 92-ci dəqiqədə qələbə qolunu vurmaqla Almaniyanın qəhrəmanına çevrilmiş oyunçu Rebeka Knakdır. Həmişə olduğu kimi, qol vuran oyunçular dərhal tərif və təbriklər alırlar, lakin hətta ən yaxşı hücum xətti olan komandanın belə yaxşı təşkil olunmuş müdafiə sistemi olmadan dəyəri azdır. Arxa xəttdə buraxılan səhvlər meydanın digər hisəsində vurulan qollar qədər meydanda məsafənin qət edilməsinə səbəb olur.
 
Almanların Braziliyanı məğlub edib son dördlüyə çıxışı yalnız Sara Debritz və Knakın hücum edib qol vurmaq hissiyatı sayəsində deyil, eləcə də müdafiədə nümayiş etdirilən səmərəli oyun sayəsində mümkün olmuşdur. Ardıcıl olaraq Cənubi amerikalılar mərkəz müdafiəçilər Vibke Maiyer və Fransizka Cayser tərəfindən qurulmuş müdafiə səddinə tuş gəldilər. Hakimin final fiti səsləndikdən sonra belə cütlük yarımfinala çıxdıqlarını hələ də tam dərk edə bilməmişdi.
 
"Hər şeydən öncə komanda kimi qarşımıza qoyduğumuz ilkin məqsədimizə çatdığımızı tamamilə dərk etməliyik," deyə gözləri işıldayan Meister FIFA.com saytına qeyd edir. "Axşama qədər qələbənin həzzinin bizi tərk etməyəcəyindən əminəm." Cayser daha ehtiyyatlı açıqlama verir: "Qalib gəldiyimiz üçün əlbəttə ki sevinirik, lakin biz artıq növbəti oyun haqqında da düşünürük. Sabah növbəti hotelə çatdıqdan sonra da, fikrimizi dərhal yarımfinal oyununa çəmləşdirəcəyik." Futbolçu karyeralarının belə erkən mərhələsində olmalarına baxmayaraq, U-17 komandası turnirin oyunlarına peşəkarcasına yanaşır.
 
Byankanın gizli fəndinin qarşısı alındı
Braziliya ilə oyunda Meister sürüşgən və atletik hücumçu olan Byankaya qarşı şəxsi oyun tapşırığı almışdır. Qrup mərhələsi oyununda qeyri-adi tərzdə daban arxası ilə yerinə yetirdiyi effektiv fənd ilə mətbuatda gündəmdə olan oyunçuya qarşı oynamaq onun üçün heç də asan tapşırıq deyildi. Brazliyalı ulduz bu oyunda da bu fənddən istifadə edəcəyini söyləmişdi.
 
"Xüsusilə ilk hissədə onun qarşısını almaqda mənim bir neçə çətinliklərim oldu və bəzən mövqeyimi də düzgün tutmurdum. O, mənim üstümə öz driblinqləri və s. ilə gəldikdə mənim üçün çətin olurdu. Bir epizodda o dabanın arxası ilə topu rəqibin başı üzərindən keçirmək fəndini yerinə yetirməyə cəhd göstərdikdə mən artıq onun bu fəndini əvvəlcədən bilib onu qarşısını aldım. Onun bu fəndi baş tutmadığından, o onu yenidən təkrar etməyə cəhd göstərmədi. O, ikinci hissədə topla mənim üzərimə nisbətən az gəldi. Zənnimcə, biz onu oyunda uğurla zərərləşdirdik," deyə 17 yaşlı izah edir. "Fransizka və mən müdafiədə aramızdakı məsafədən heç bir ötürmə buraxmamaq barədə ciddi söhbət etmişdik. Və bu belə də oldu!"
 
Düzgün mövqe seçimi əsas amildir
Son dörd komandadan biri olan Koreya XDR Bernhardın komandası üçün digər çətin bir səddir. Asiyalıların heyətində Azərbaycan 2012-də indiyə qədər 7 qol vurmuş turnirin bombardiri olan hücumçu Ri Un-Sim var. Bununla belə, Braziliyaya qarşı oyunda onların hücumlarının qarşısını əməlli-başlı almağı bacaran bu iki müdafiəçi cütlüyü çox güman ki, Şimali Koreyalılara qarşı oyun üçün də effektiv bir müdafiə olunma planı fikirləşib.
 
"Onlar çox cəldirlər və oyunçudan asan sıyrılırlar. Çinə qarşı oyunda etdiyimiz kimi, bu oyunda da fikrimizi cəmləşdirməli və mövqe seçimində diqqətli olmalıyıq. Bu taktikanın onlarla uğurlu mübarizə aparmağımıza kifayət edəcəyinə ümid edirəm," deyə Meister söhbətini yekunlaşdırdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.