10 oktyabr 2012 13:08

İki komandanın nağılı və ya Bakıda yazılan tarix

 
Kim So Hyanq və Kadidiatou Diani hər biri bugün dubl etməklə və müvafiq olaraq Koreya XDR ilə Fransanı şənbə günü keçiriləcək 2012-ci il 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatının finalına daşımaqla günün sürpriz ulduzlarına çevrildilər.
 
Komanda yoldaşı Ri Un-Sim üçün heç də uğurlu olmayan bu gündə Şimali Koreya yığmasının 20 nömrəli oyunçusu 2008-ci ilin çempionlarına əzəli rəqibləri olan Almaniya üzərində mimimum fərqlə qələbə qazandırdı. Bundan daha öncə isə fransalı Diani ölkəsinin tarix yazmasına vasitəçilik etdi. Belə ki, onun Qananın qapısından iki möhtəşəm qol keçirməsilə Fransa finala vəsiqə qazanan ilk Avropa komandası oldu. 
 
Əvvəlki çempionatlarda qrup mərhələsindən daha irəli gedə bilməyən fransızların hədəfi indi zirvəyə yüksəlməkdir. Lakin statistika onların şənbə günkü rəqiblərinin xeyrinə danışır. Belə ki, şimali koreyalılar 2008-ci ildə 17 yaşadək qızların futbol üzrə ilk Dünya Çempionatında məhz Almaniyanı məğlub etməklə kuboka sahib çıxmışdılar. Bundan əlavə, 2010-cu ildə Trinidad və Tobaqoda Koreya Respublikasının qalibiyyətini də nəzərə alsaq, indiyədək bu çempionatda yalnız Asiya komandalarının zirvəyə yüksəldiyini görə bilərik.
 
Nəticələr
Yarımfinal görüşləri
Koreya XDR 2-1 Almaniya
Fransa 2-0 Qana
 
Günün qolu
Fransa 2-0 Qana, Kadidiatou Diani 89-cu dəqiqə
Qarşılaşmanın ilk hissəsində hesabı açan fransalı Kadidiatou Diani komanda yoldaşı Noemi Karajın müdafiəni yaran diaqonal ötürməsini soyuqqanlı şəkildə Viktoriya Agyeinin qoruduğu qapıdan keçirməklə komandasının qələbəsini rəsmiləşdirdi.
 
Unudulmaz anlar
Diani üçün tarixi gün
Diani bu gün 8KM stadionunda fransızların oyununda dönüş etməklə kapitan kimi komandasının uğurlu seçimi olduğunu sübut etdi. Onun Qananın qapısından keçirdiyi ilk qol çempionat tarixində 350-ci qolu oldu. İkinci qolu vurmaqla isə Diani qadınlararası futbol üzrə Dünya Çempionatı yarışlarının yarımfinalında dubl edən ilk futbolçu oldu. Bundan başqa, o, hesabında dörd qol olan Azərbaycan 2012 Çempionatının bombardirlərindən biri komanda yoldaşı Li Deklerqi də qabaqlamış oldu.
 
İki komandanın nağılı
Almaniya yığmasının Braziliya ilə qarşılaşmasında qəhrəmana çevrilən Rebeka Knaak Şimali koreyalılarla xal fərqinin artmasına imkan verməməklə yenə də özünü ən yaxşı tərəfdən göstərdi. Lakin meydanın digər tərəfində koreyalılar almanların hekayəsini bir qədər fərqli yazdılar. Əlverişli imkandan yararlanan Kim So-Hyanq rəqib müdafiəsindəki boşluqlardan istifadə edərək geri qayıdan topu ələ keçirdi və baş zərbəsi ilə onu qapıya göndərdi. Bununla da, Koreya XDR-ın finalda yerini təmin etmiş oldu.
 
Özümüzü kəsən qılınc
Qana dörddə bir final qarşılaşmasında Yaponiyanın qapısından top keçirməklə ilk dəfə olaraq Asiya komandasının qol buraxmadan nümayiş etdirdiyi 364 dəqiqəlik oyuna son qoymuş oldu. Yaponların bu göstəricisi iki il əvvəl Koreya XDR-in simasında qeydə alınan 350 dəqiqəlik rekordu təzələmişdi. Lakin qanalıların qismətində də bu rekordu yeniləmək var imiş. Çərşənbə axşamı Fransa ilə oyunda onlar bu müddəti bir qədər də uzadaraq 372 dəqiqəyə çatdırdılar. Lakin yaponlara qarşı istifadə etdikləri silah bu dəfə onların özlərinə tərəf tuşlandı və komanda çempionatı tərk etməli oldu.
 
Fransanın uğurlu rəngi
Azərbaycan 2012 Çempionatında indiyədək üç qırmızı vərəqə göstərilib ki, onlardan da ikisi fransızların rəqiblərinin bəxtinə düşüb. Bunlardan birincisini nigeriyalı Viktoriya Aidelomon ötən həftə iki ölkə arasındakı dörddə bir final qarşılaşmasında almışdı. O zaman fransızlar oyunsonrası penaltilər seriyasında qalib gəlmişdilər. Çərşənbə axşamı isə qanalılar Fransa ilə görüşdə meydanda azlıqda qaldılar. İkinci hissə başladıqdan altı dəqiqə sonra Ceyn Ayieyam ikinci sarı vərəqəni almaqla çempionat tarixində yarımfinal qarşılaşmasında qırmızı vərəqə alan ilk futbolçu oldu və bununla da, avropalılar meydanda say üstünlüyü qazandılar.
 
Statistika
7 – Çempionatın bombardiri olan Ri Un-Simin indiyədək vurduğu qolların sayı. Şimali koreyalı oyunçu Azərbaycan 2012 Çempionatında hər bir qarşılaşmada rəqib qapısına yol tapan yeganə futbolçudur. Lakin o, Almaniya ilə oyunda bu uğurun davamını gətirə bilmədi. Onun bu göstəricisi 2010-cu ildə Trinidad və Tobaqoda Koreya Respublikasının futbolçusu Yeo Mincinin ifasında qeydə alınan rekorddan (səkkiz qol) cəmi bir xal geri qalır.
 
Sitat
"Hal-hazırda hisslərimi ifadə etməyə söz tapa bilmirəm. Bu nəsə çox gözəl bir hissdir. İlk dəfədir ki, biz FIFA turnirində finala qədər gəlib çıxırıq. İndi həqiqətən turnirin qalibi olacağımıza inamım böyükdür. Bizim gözəl komandamız var və biz birlikdə əla oynayırıq" Qoutia Karçoni, fransalı yarımmüdafiəçi
 
Cədvəl (bütün matçlar yerli vaxtla göstərilmişdir)
Şənbə, 13 oktyabr,  2012-ci il
Üçüncü yer uğrunda qarşılaşma
Qana-Almaniya, Tofiq Bəhramov Stadionu, 17:00
 
Final qarşılaşması
Fransa-Koreya XDR, Tofiq Bəhramov Stadionu, 20:00

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.