10 oktyabr 2012 13:48
Böyükağa Hacıyev: O, indiyə qədər nəyə nail olub ki, Neftçinin oyununu müzakirə edir?
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində həmkarları ilə münasibətlərindən, komandasının çıxışından danışıb.
- “Turan”la oyundan sonra bəyan etdiniz ki, yerli mütəxəssislərdən heç biri sizi və komandanızı tənqid edə bilməz. Niyə?
- Mən bütün azərbaycanlı məşqçilərə hörmət edirəm. Öz müsahibələrimdə hamısı haqda ancaq xoş sözlər demişəm. Çox istərdim ki, onlar da belə çalışsınlar. Ağasəlim Mircavadova da münasibətimi hamı gözəl bilir. O, futbolumuzun ağsaqqalıdı, çox şeyə nail olub. “Neftçi” Kipr APOEL-ini səfərdə məğlub etdi, həmkarlarım bildirdilər ki, bu komanda artıq əvvəlki kimi güclü deyil, zəifləyiblər. “Partizan”la heç-heçə etdik, dedilər ki, Serbiya klubu indi o qədər də güclü təsir bağışlamır. “İnter”ə uduzduq, dedilər ki, “Neftçi” italyanların ikinci heyəti ilə bacarmadı. Onlar sanki elə bizim səhvlərimizi axtarırlar ki, nəyisə göstərsinlər. Halbuki, dəstək olmaları lazımdı. Amma mən dəstək əvəzinə ancaq tənqid görürəm.

- Siz özünüzü Azərbaycanın ən yaxşı məşqçisi hesab edirsiz?
- Mən heç vaxt deməmişəm ki, mən Azərbaycanın ən yaxşısıyam. İnsan ömrünün axırına kimi öyrənməlidi. Mən də bunu etməyə hazıram.
- Mən heç vaxt deməmişəm ki, mən Azərbaycanın ən yaxşısıyam. İnsan ömrünün axırına kimi öyrənməlidi. Mən də bunu etməyə hazıram.
- Amma sözlərinizdən başqa məna çıxır...
- Böyükağa Hacıyev hər şeyə qadir məşqçi deyil. Mən də adi məşqçiyəm, çalışıram ki, nəyisə öyrənim. Özümü zəif adlandıra bilərəm. Amma komandamdan danışmaları üçün həmkarlarımın ən azı mənim nəticələrimi qazanması lazımdı.
- Elə isə izah edin görək “İnter”lə oyunda niyə birdən-birə gənc Kamil Nurəhmədova əsas heyətdə şans vermişdiniz?
- Onun artıq 21 yaşı var və perspektivli futbolçudu.
- Onun artıq 21 yaşı var və perspektivli futbolçudu.
- Amma ikinci hissə başlayan kimi onu Mirhüseyn Seyidovla əvəzlədiniz...
- Bir baş məşqçi kimi, bununla düzgün qərar qəbul etdiyimi düşünürəm. Amma həmkarlarımdan hansısa komandamı məndən yaxşı tanıyırsa, nəyi necə etmək lazım olduğunu desinlər. Mən onların zənginə çox şad olaram. Bu, daha yaxşıdı, nəinki oyundan sonra səhvlərimizdən danışmaz. Onlar sadəcə “Neftçi”nin uğurlarını qəbul edə bilmirlər.
- “İnter”ə 1:3 hesablı məğlubiyyət uğurdu?
- Mən bu haqda danışmıram. Mən onu demək istəyirəm ki, həmkarlarım sanki elə bizim uduzmağımızı gözləyirdilər. Hətta “İnter”in bizdən sonra “Milan”ı məğlub etməsi də heç kim üçün önəmli görünmür. Hansı ki, elə derbidə də Andrea Stramaççoni demək olar ki, Bakıdakı heyətə güvənmişdi. Siz onların büdcəsinin nə qədər olduğunu bilirsiz? Təkcə Koutinyonun müqaviləsi “Neftçi”nin iki illik büdcəsindən çoxdu. Belə komandanın birinci və ya ikinci heyəti olmur.

- Amma siz bilirsiz ki, bu dedikləriniz həmkarlarınızla münasibətlərinizi korlaya bilər?
- Mən onların hamısını tanıyıram. Əgər vaxtilə Fuad Musayev (AFFA-nın sabiq prezidenti – azerisport.az) mənə dəstək versəydi, indi Avropada çalışırdım.
- Mən onların hamısını tanıyıram. Əgər vaxtilə Fuad Musayev (AFFA-nın sabiq prezidenti – azerisport.az) mənə dəstək versəydi, indi Avropada çalışırdım.
- Hazırda “Neftçi”də çalışırsız və bəzən elə görünür ki, digər həmkarlarınıza yuxarıdan aşağı baxırsız...
- Mən elə deyiləm. Mən heç vaxt özümü ən yaxşı saymamışam. İnsanlara yuxarıdan aşağı baxmaq da mənlik deyil. Amma özümə qarşı arxadan atılan daşları da qəbul edə bilmirəm. Məsələn, “Neftçi”nin oyununu Gəray Qarayev müzakirə edir. Bu mütəxəssis indiyə qədər nəyə nail olub? Şəxsən mən onun futbolçuları necə hazırladığını bilmirəm. Ötən mövsüm o, AZAL-ın futbolçularının fiziki hazırlığına cavabdeh idi. Hansı ki, “Neftçi” həmin komandaya yeddi qol vurdu. İndi həmin Qarayev məndə səhv axtarır. Bu adamı vaxtilə “Bakı”dan pis işinə görə qovublar. Mən yenə də bunun əleyhinə deyiləm. Amma qoy oyundan öncə zəng edib, məsləhətlərini versinlər.
- Yeni qalmaqala hazırlaşmırsız?
- Kimlər ki, mənə hörmət edir, onların nökəriyəm. Kimlər ki, hörmət etmir, onların cavabını verəcəyəm. Bizlərdə xanımına maşın alıb, özü piyada gəzənlərə pis baxırlar.
- Kimlər ki, mənə hörmət edir, onların nökəriyəm. Kimlər ki, hörmət etmir, onların cavabını verəcəyəm. Bizlərdə xanımına maşın alıb, özü piyada gəzənlərə pis baxırlar.
- Bunu kimə ünvanlayırsız?
- Elə-belə. Söz idi dedim.
- Elə-belə. Söz idi dedim.
- Mətbuatda sizi Ağasəlim Mircavadov, Şahin Diniyev və Vaqif Sadıqov müzakirə edib. Onların hansı ilə münasibətiniz var?
- Sadıqovla vaxtilə yaxın dostluğum olub. Amma son dövrlər həmin münasibət yoxdu. Mircavadov ağsaqqaldı, həmişə onun haqda xoş sözlər demişəm. Şahinin oğlu – Kərim mənim komandamda məşq edir. Onunla heç vaxt problemim olmayıb. Mən sadəcə həmkarlarımdan dəstək görmək istəyirəm, amma bunu görmürəm.

- Siz istənilən halda müzakirə olunacaqsız. Çünki hazırda ən maraqlı mövzu məhz “Neftçi”di...
- Mən başa düşürəm ki, Avropa Liqasındakı uğurdan sonra hamı “Neftçi”dən yazmaq istəyir. Amma bu, təkcə mənim xidmətim deyil. Burda Sadıq Sadıqovun da öz rolu var. Həmçinin futbolçular, həkimlər, digər əməkdaşlarımız. Ən böyük rol isə İlham Əliyevindi. Azərbaycan prezidenti ölkə futbolunun inkişafına böyük diqqət yetirir. Hansı ki, 2012-ci ili də “İdman ili” elan edib.