10 oktyabr 2012 14:49
Şakira artıq Bakıdadı
Dünya şöhrətli müğənni Şakira Bakıya gəlib. Azerisport.az xəbər verir ki, bu barədə kolumbiyalı ulduzun Bakıda keçiriləcək konsertin təşkilatçıları məlumat veriblər.
Xatırladaq ki, Şakira oktyabrın 14-də Bakıda “Crystal Hall” konsert zalında çıxış edəcək.
Konsert “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə keçiriləcək. O, həmçinin ölkəmizdə keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının bağlanış mərasimində də iştirak edəcək.
