10 oktyabr 2012 15:26

Berti Foqts: Azərbaycan Rusiyaya müqavimət göstərməyə çalışacaq

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib. Azerisport.az həmin tədbirdən hazırlanmış reportajı təqdim edir.

- Matça hazırlıqlar necə gedir?
- Bir neçə məşqə çıxmışıq. Təəssüf ki, həmin məşqlərimizdə heç bir jurnalistə rast gəlmədim. Halbuki, hər şeyi özünüz də görə bilərdiniz. Şərait yaxşıdı. Süni qazonda məşq edirik. Çünki Moskvada süni örtüklü meydanda oynamalı olacağıq. Niyəsini bilməsəm də, bəzi futbolçularda yorğunluq var. Hər şeyə rəğmən, uşaqlar çox çalışırlar və hiss olunur ki, intizarla bu oyunu gözləyirlər. Əminəm ki, Rusiya ilə matçda yaxşı oyun sərgiləyəcəyik. Çünki komanda yaxşı nəticə qazanmağı hədəfləyib.
 
- Rəşad Sadıqovun durumu nə yerdədi?
- Əgər qarşıdakı günlərdən məşqlərə qoşulsa, Rusiyaya qarşı oynayacaq. Hələlik tam dəqiq bir söz demək mümkün deyil. Oyunu buraxması da istisna deyil. Dmitri Nazarov da zədə almışdı. Buna görə də onu Almaniyaya qaytarmalı olduq.
 
- Portuqaliya ilə səfər matçı öncəsi demişdiniz ki, komanda  bu oyundan yalnız dərs ala bilər. Rusiya ilə görüşə də eyni hədəflə çıxacaqsız?
- Bragada nəticə pis deyildi. Elə rəqibə qarşı yaxşı oynadıq. Moskvada isə rəqibimizin statusuna rəğmən, mübarizə aparmağı hədəfləmişik.
 
- Topaz Premyer Liqasında təxirəsalmalarla bağlı fikirləriniz maraqlıdı...
- Bu təxirəsalmalar heç də yığmaya görə deyil. Bunu milli ilə bağlayanlar yanlış düşünürlər. Həmin görüşlər DÇ-2012-yə görə təxirə salınıb.
 
- Çempionatın lideri “Simurq”un əsas müdafiəçisi Rasim Ramaldanovu milliyə niyə çağırmırsız? Yəni o, Vladimir Levindən pisdi?
- Levin Premyer Liqanın bütün oyunlarında oynayır. Onun forması da məni qane edir. Rasimə gəlincə, daxili və xarici turnirlər arasındakı fərq böyük olur. Bunlar tamamilə fərqli səviyyələrdi. Ramaldanov mənə tanış futbolçudu. Onu dekabr toplanışında milliyə çağırmaq istəyirəm. Onunla yanaşı “Simurq”un daha bir futbolçusu diqqət mərkəzimdədi.
 
- Rusiya ilə oyunda qapıda kim duracaq?
- Moskvadakı oyunda qapını Kamran Ağayev qoruyacaq. Biz bunun üçün əlimizdən gələni edirik. Anar Nəzirov da son dövrlər artırıb. Amma Azərbaycanın bir nömrəsi Kamrandı.
 
- AZAL-da çıxış edən Nildo, Benuahi, eləcə də “Sumqayıt”da oynayan Fərzad tezliklə Azərbaycan pasportu ala bilər...
- Bu barədə xəbərim yoxdu. Qaydalar görə, onlar beş il bu ölkədə oynamalıdılar.
 
- Elə isə Dmitri Nazarov yığmamıza necə cəlb olunacaq?
- O, Azərbaycan əsillidi.
 
- Axı Nazarov Qazaxıstanda anadan olan tacikdi...
- Nazarov artıq Azərbaycan pasportu alıb. Biz onu yoxlayacağıq. Eyni zamanda yığmada son dövrlərdə irəliləyiş olduğunu da demək lazımdı. Çünki millidə xeyli yerli futbolçu var.
 
- Yığmanın oyunlarnın “Bayıl” və ya 8-ci km stadionlarında keçirilməsinə necə baxırsız?
- Bu sual mənə ünvanlanmamalıdı.
 
- Əgər Rəşad oynamasa, Rusiya ilə görüşdə kapitan kim olacaq?
- Bu haqda yalnız kapitan oynamayacağı halda düşünmək olar.
 
- Almaniyalı mütəxəssislər niyə öz ölkələrindən kənarda uğur qazana bilmirlər?
- Təəssüf ki, bu suala cavab verə bilmərəm. Ola bilsin ki, bu, oyunçuların keyfiyyətindən asılıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.