10 oktyabr 2012 15:34

“Təsnifat mərhələsini ilk altılıqda yekunlaşdırmaq istəyirik”

“Sumqayıt” Futbol Klubunun əvəzediciləri 4 günlük istirahətin ardından hazırlıqlara start verib. Azerisport.az xəbər verir ki, komanda Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda məşq keçir. Əvəzedicilərin baş məşqçisi Vaqif Paşayev hazırlıq prosesi və arxada qalan oyunlar barəsində klubun rəsmi saytına müsahibə verib.
 
- Əvəzedici komandanın hazırlıq prosesi necə davam edir?
- Zaqataladan “Simurq”la oyundan qayıtdıqdan sonra komandaya 4 günlük istirahət vermişdik. Bu gündən etibarən isə məşqlərimizi bərpa etmişik. “Əlincə” stadionunda gündə iki dəfə olmaqla hazırlıq keçirik. Əsas komandanın iki üzvü – Ceyhun Sultanov və Bəxtiyar Həsən-Alızadə formalarını itirməmək üçün hazırda bizimlə məşq edir. Çempionatda yaranmış fasilədən yararlanıb yoxlama oyunu keçirmək istəyirik. “Rəvan”la baş tutacaq növbəti oyuna qədər komandanı tam hazır vəziyyətə gətirəcəyik.
 
- Arxada qalan 8 tur ərzində komandanın oyununu necə xarakterizə edərdiniz?
- Çempionatda keçirdiyimiz 8 oyunda 2 qələbə, 3 heç-heçə və 3 məğlubiyyətə imza atmışıq. Ümumilikdə götürsək, nəticədən razı deyiləm. Bəzi oyunlarımız olub ki, rəqibdən üstün olsaq da, xal itkisinə yol vermişik. AZAL-la baş tutan ilk turun oyununda baxımlı oyun nümayiş etdirsək də, heç-heçə etmişik. “Qarabağ”a məğlub olduğumuz görüşdə isə komanda inamsız təsir bağışlayıb.
 
- Ötən mövsümü dəyərləndirsək “Sumqayıt” FK-nun əvəzedicilərindən 5 futbolçu əsas komandaya cəlb olundu...
- “Sumqayıt” Futbol Klubunun düzgün qurulmuş siyasəti var. Burada gənclərə daha çox önəm verirlər. Bəli, ötən mövsüm əvəzedicidə çıxış edən 5 futbolçu əsas komandaya cəlb olundu. Bəxtiyar Həsən-Alızadə və Aqşin Muxtaroğlu bəzi qarşılaşmalarda Bernhard Raab tərəfindən meydana buraxılıb. Aydın Qasımov isə bir oyunda 18 nəfərlik heyətdə yer alıb. Qeyd edim ki, Arif Vəliyev, Ayaz Mehdiyev və Aydın Qasımov hazırda bizimlə hazırlaşır. Düşünürəm ki, yanvar ayına qədər Əbülfət Abbasov, Ağasif Babayev də əsas komandada oynayacaq səviyyəyə gəlib çatacaq.
 
- Cari mövsümdə əvəzedici komandanın çempionatdakı əsas məqsədi nədir?
- “Sumqayıt” Futbol Klubunun əvəzedici komandası gənc futbolçulardan qurulub. Gələcək vəd edən perspektivli futbolçularımız var. Əsas məqsədimiz əlbəttə ki, əsas komanda üçün futbolçu hazırlamaqdır. Bu səbəbdən işlərimiz plan üzrə davam edir. Məsələn, ötən mövsüm klubun akademiyasından 5 futbolçu əvəzedici komandaya cəlb olunub. Artıq 1996-cı il təvəllüdlü Bayram Nuruzadə və 1997-ci il təvəllüdlü Fərid Kərimzadə bəzi oyunlarda meydana çıxıb. Zaman keçdikcə həmin futbolçular bizim istədiyimiz səviyyəyə gəlib çatacaq. Nəticə baxımından isə, çempionatın təsnifat mərhələsini birinci altılıqda yekunlaşdırmaq istəyirik. Final mərhələsində isə daha uğurlu çıxış edib çempionatı bacardığımız qədər üst pillələrdə bitirməyi planlaşdırırıq.
 
- Əvəzedicilərlə hazırlaşan əsas komandanın iki üzvü – Şamil Cəmaləddinov və Ruslan Nəsirlinin çıxışı barəsində nə deyə bilərsiniz?
- Şamil və Ruslan milli komandadakı oyunları ilə əlaqədar 3 oyunda meydana çıxıblar. Ruslan Nəsirli ötən mövsümə nisbətən xeyli artırıb. Mən onun özünə də demişəm ki, bu il bombardirlərin sırasında qərarlaşmalıdır. Hər iki futbolçunun uğur qazanması üçün imkanları böyükdür. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.