10 oktyabr 2012 15:48
Berti Foqts Simurqun hansı futbolçularına göz dikib?
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında bildirdi ki, komandamızın dekabr toplanışına “Simurq”dan iki futbolçu dəvət etməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis Topaz Premyer Liqasının hazırkı liderində çıxış edən müdafiəçi Rasim Ramaldanovun adını özü açıqladı.
Lakin o, digər futbolçunun kimliyi barədə danışmadı. Böyük ehtimalla Foqts Zaqatala klubunun 22 yaşlı digər müdafiəçisi İlkin Qırtımovu nəzərdə tutur. Çünki kapitan Ramaldanov kimi, Qırtımov da son dövrlər komandasının uğurlarında az rol oynamır.
