10 oktyabr 2012 16:55

“Azərbaycanlıların futbol üçün döyünən böyük qəlbi var”

Almaniya futbolunun üçüncü liqasında oynayan azərbaycanlı kimi Dmitri Nazarov öz adını başlıqlarda görməyə adət etməyib. Lakin bu yaxınlarda Azərbaycan milli yığma komandasının baş məqşçisi Berti Foqtsun “Proysen Münster” klubunun bu hücumçusunu ölkənin Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatının təsnifat mərhələsi çərçivəsində 16 oktyabr tarixində Rusiyaya qarşı oyununa dəvət etməsi ilə hər şey dəyişdi. 
 
Azerisport.az xəbər verir ki, Nazarovun dəvət edilməsi hal-hazırda Azərbaycan ilə Almaniya arasında mövcud olan futbol bağlarının bir göstəricisidir. Foqts və onun həmkarı Sissi Raytın müvafiq olaraq milli yığma komandaya və 17 yaşadək qızlardan ibarət komandaya məqşçilik etmələri ilə Almaniyada məskunlaşmış beş futbolçu – Süheyla İltər, Melis Sarıaltin, Leyla Solmaz, Sabrina Ronaqi və Hulya Cin Azərbaycanı 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatında təmsil ediblər.
 
Lakin almanlarla qurulan əlaqələr bununla bitmir. Belə ki, 20 yaşadək kişilərdən ibarət komandaya “Ayntraxt Frankfurt” klubunun baş məşqçisinin keçmiş köməkçisi Bernard Lippert rəhbərlik edir. 15 və 16 yaşadək komandaların hər ikisinin sükanı arxasında isə Nikolay Adam yer alır.  “Almaniya Futbol Federasiyası (AFF) ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında əməkdaşlıq mövcuddur. Buna görə də dörd almaniyalı məşqçi burada çalışır”, deyə Rayt bildirdi və əlavə etdi: “Alman məşqçilər bütün dünyada şöhrət qazanıblar”.
 
“2008-ci ildə AFF ilə AFFA arasında alman məşqçilərin Azərbaycanda çalışmasını nəzərdə tutan protokol razılaşması imzalanmışdır”, deyə AFFA-nın Baş Katibi Elxan Məmmədov bildirib. “Biz hakimlik, gənclərin təlimi və qadın futbolu kimi sahələrin inkişafı üçün yaxından əməkdaşlıq edirik”.
 
“Artıq çox şey dəyişib”, deyə Məmmədov sözlərinə davam etdi: “Bir çox milli məşqçilərimiz təlim kursları keçərək UEFA lisenziyası əldə ediblər. Hakimlik səviyyəsi də xeyli yüksəlmişdir. Bundan başqa, ölkəmizdə qadın futbolunun inkişafına görə Silviya Rayta minnətdarıq. İndi artıq iki liqanın olması bizi sevindirir. 15 və 17 yaşadək liqaların hər birində 16 komanda yer alır”. Bütün bunlar ölkənin səylərinin bəhrə verdiyinə bariz nümunədir.
 
Raytın 17 yaşadək qızlardan ibarət yetirmələri Azərbaycan 2012 Çempionatında elə ilk mərhələdən yarışmadan kənarda qalsalar da, qrup mərhələsi ərzində böyük coşğu və mübarizə ruhu nümayiş etdirdilər və futbol nəhənglərinə 1-0 hesablı minimum fərqlə məğlub oldular. “Biz iki il ərzində belə səylə çalışmamışdıq ki, sonda ardıcıl üç məğlubiyyət yaşayaq. Buna görə çox üzgünəm.”, deyə məşqçi bildirdi. “Lakin artıq bünövrəmiz möhkəmdir və sadəcə irəli baxmalıyıq”.  
 
2016-cı il üçün gözləntilər
Kişilərdən ibarət əsas yığma komanda haqqında da eyni sözləri demək olar. Onlar nəyin bahasına olursa olsun, məğlubiyyətdən qaçaraq diqqəti yalnız qələbələr üzərində cəmləmək istəyirlər. Foqtsun rəhbərliyi dövründə komanda bir sıra təqdirdəlayiq qələbələrə də imza atmışdır. 2009-cu ildə Çex Respublikasını 1-0 hesabı ilə məğlubiyyətə uğratmış, Albaniyada ev sahibləri üzərində 1-0 hesablı qələbə qazanmışdılar. İndi komanda bütövlükdə daha davamlı və güclü oyun sərgiləyir. Azərbaycan İsraillə 1-1 hesablı heç-heçə etməklə və Portuqaliyaya 3-0 hesabı ilə məğlub olmaqla 2014-cü il Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatının təsnifat mərhələsinə uğurlu start verə bilmədi. İndi  AFFA əsas diqqətini 2016-cı il Avropa Çempionatına vəsiqə qazanmağa yönəldib.  
 
“Azərbaycanda futbolun gələcəyi parlaqdır”, deyə Foqts FIFA.com saytına bildirdi. “Ölkə hökuməti və AFFA futbolun inkişafına böyük məbləğdə vəsaitlər yatırır. Ölkədə futbolun əhəmiyyəti günbəgün artır. Azərbaycan kiçik ölkədir, lakin onun sakinlərinin futbol üçün döyünən böyük qəlbi var”. Əslində, ağırlıq qaldırma, güləş və şahmat kimi idman növlərinin çoxdan hökmranlıq etdiyi ölkədə indi futbol rəsmi olaraq seçilən bir idman növüdür. 
 
Futbolun inkişafına sübut olaraq, ölkənin aparıcı futbol klublarının tanınmış şəxsləri cəlb etməklə daha yaxşı nəticələrə imza atmasını göstərmək olar. Məsələn, ingiltərəli baş məşqçi Toni Adams məşhur Qəbələ komandasının düşərgəsində 18 ay çalışdı. O, beynəlxalq arenada tanınmış yamaykalı hücumçu Deon Burtonu da özü ilə bura gətirmişdi. 
 
57 dəfə beynəlxalq səviyyəli görüşlərdə komandasının şərəfini qoruyan belçikalı Emili M’Penza da iki mövsüm Bakının Neftçi klubunun ağ-qara formasını geyinib. Neftçi komandası Avro Liqaya vəsiqə qazanaraq Avropa Çempionatının qrup mərhələsinə yüksəlmiş ilk Azərbaycan klubudur. Lakin Foqtsun fikrincə, bu, hələ kifayət deyil. 
 
“AFFA inkişafa yol açmağa çalışır, lakin klublar və onların baş məşqçiləri hələ də yetərincə səy göstərmirlər”, deyə o, bildirdi. “Həftədə cəmi üç dəfə məşq etməklə uğur qazanmaq nə dərəcədə mümkündür? Çox çalışmaq lazımdır. Peşəkar klublar təkcə oyunçuların transferinə deyil, həm də infrastruktura, akademiyalara və digər şeylərə daha çox maliyyə vəsaiti yatırmalı və zaman sərf etməlidirlər”, deyə o, əlavə etdi və sözlərinə bu cür yekun vurdu: “Biz sıfırdan başlamışıq, lakin hədəfimiz yuxarı pillələrə yüksəlməkdir”. 
 
(FİFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.