10 oktyabr 2012 17:03
Foqtsun rəqibi istefaya getmək istəmir
Futbol üzrə İsrail yığmasının baş məşqçisi Eli Qutman istefaya gedəcəyinə dair xəbərləri təkzib edib. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan israillilərin çalışdırıcısı mətbuata açıqlamasında bunları dilə gətirib:
“Mən federasiya ilə müqavilə bağlamışam və sona qədər bu müqavilənin tələblərini yerinə yetirməiyəm. Bu, toplayacağımız xallardan qətiyyən asılı deyil. Düzdü, hazırda biz azarkeşlərimizi məyus edirik. Çünki Azərbaycan və Rusiya ilə oyunlarda 4 xal toplayacağımızı hesablamışdım. Amma hazırda cəmi 1 xalımız var”.

Qeyd edək ki, İsrail yeganə xalını Bakıda Azərbaycan yığması ilə oyunda qazanıb - 1:1.