10 oktyabr 2012 17:41
Neftçinin futbolçusu ən dəyərli oyunçu seçildi
"Neftçi"nin üzvü Fəhmin Muradbəyli 17 yaşlı futbolçulardan ibarət milli komandanın heyətində İspaniyada keçirilmiş Beynəlxalq turnirin ən yaxşı oyunçusu seçilib. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, ABŞ, Meksika, BƏƏ və digər seçmə komandaların mübarizə apardığı yarışda millimiz 3-cü yeri tutub.
