10 oktyabr 2012 17:53
Qarabağ bu gün sınaq matçı keçirəcək
10-dan çox futbolçunun imkanından yararlana bilməyən komandada 2-ci heyətdən də bir neçə futbolçu hazırlığa cəlb edilib. Elə bu axşam əvəzedicilərlə mini yoxlama oyunu keçiriləcək.
Daha bir yoxlama görüşü isə oktyabrın 13-də baş tutacaq. “Qarabağ” həmin gün “Şəfa” stadionunda “İnter”in qonağı olacaq. Oyunun keçirilmə vaxtı 18:00-a nəzərdə tutulub.
