10 oktyabr 2012 20:56
AFFA prezidenti: Gələcəkdə klublarımızın qarşılarına qoyulan vəzifə ən azı qruplara düşmək olmalıdı
Premyer Liqanın 2011/2012-ci il mövsümü qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev tədbirin gecikməsinin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, AFFA başçısı futbolun inkişafından da danışıb:
“Mükafatlandırma mərasimi olimpiada və ölkəmizdə keçirilən idman tədbirlərinə görə bir qədər gecikdi. Bu il “İdman ili”ndə futbolumuzda da böyük inkişaf oldu, əlamətdar il oldu. Premyer Liqa çox maraqlı oldu, gözəl nəticələr qeydə alındı. Yeni stadionlar tikilib, istifadəyə verildi ki, bu da inkişaf deməkdi. Futbolumuzda da əlamətdar hadisələr baş verdi. “Neftçi” Avropa Liqasının qruplarına düşdü. Artıq 1 xal var. Bu, böyük uğurdu. Klublarımızın gələcəkdə qarşılarına qoyulan vəzifə qruplara düşməkdi. Bu, minimal vəzifə olmalıdı. İnanıram ki, növbəti mövsüm daha uğurlu olacaq. Bütün mükafatçıları təbrik edirəm”.
