10 oktyabr 2012 21:07
Hafiz Məmmədov: Bakıda qışda dəyişikliklər olacaq
“Bakı”nın prezidenti Hafiz Məmmədov bəyan edib ki, komandasında ciddi dəyişikliklər olacaq. Azerisport.az xəbər verir ki, yeni mövsümə də uğursuz start verən “zolaqlılar”ın prezidenti saytımıza müsahibəsində bunları dilə gətirib:
“Mən komandadan incimişəm. Onlar üçün hər cür şərait yaradılıb ki, yaxşı nəticələr qazansınlar. Mən Bojidar Bandoviçə inanıram. Bilirəm ki, ona vaxt lazımdı. Ona görə də klubda ediləcək dəyişikliklərə qışda start veriləcək. Kimlər ki, “Bakı”ya layiq deyil, sıralarımızı tərk edəcək. Qışdan sonra siz başqa “Bakı” görəcəksiz”.
