10 oktyabr 2012 11:19
Əfran İsmayılov: Rusiya indi daha güclüdü
- Müalicəniz necə gedir?
- Mənim uzun müddətdi əməliyyat olunmuş ayağımda problem vardı. Belə ağrı ilə oynamaq sadəcə mümkünsüz idi. Lakin şadam ki, zədəm o qədər də ağır deyil. Təxminən 10 gündən sonra “Qarabağ”a kömək edə biləcəm. Amma təəssüf ki, Rusiya ilə oyunda iştirakım mümkün deyil.

- Ağrılar nə vaxtdan var?
- Toplanışın əvvəlindən. Buna görə də həkimlər toplanışı tərk etməyimin lazım olduğunu bildirdilər. Mən meydana çıxıb oynaya da bilərdim. Lakin bunun sonrası daha pis ola bilərdi.

- Son dövrlər çox tez-tez zədə almağa başlamısız. Problem nədədi?
- Mən həmişə demişəm ki, belə problemlərin başında süni meydan amili durur. Belə stadionlarda futbol oynamaq çox təhlükəlidi. Amma ümid edirəm ki, bu zədədən sonra tez forma yığa biləcəm. Berti Foqts da bilir ki, zədəli olsam da, mən oynamaq istəyirdim. Lakin belə qərara gəlindi ki, müəyyən bərpa prosesi vacibdi.

- Rusiya ilə oyundan nə gözləyə bilərik?
- Mən yığmada keçirdiyim müddətdə başa düşdüm ki, komandamızda əla atmosfer hökm sürür. Uşaqlar yaxşı kökləniblər. Amma rəqibi də real qiymətləndirmək lazımdı. Rusiya çox güclü komandadı. Evdə isə daha da güclü oyun sərgiləyirlər. Aydın məsələdi ki, görüşün favoriti ruslardı. Fabio Kapellonun gəlişindən sonra daha da artırıblar.

- Sizcə, Dik Advokatın dövründəki Rusiya ilə indiki komanda arasında nə fərq var?
- Mənə elə gəlir ki, indiki yığma daha güclüdü. Kapello yeni komanda yaradıb. Artıq yığmada Arşavin, Pavlyuçenko, Poqrebnyak kimi futbolçular yoxdu. Qəribə görünsə də, onların yoxluğuna rəğmən, Rusiya yığmasında indi böyük rəqabət də var. Komandanın indi bu qədər güclənməsinin də səbəbkarı baş məşqçidi.

- Mümkündü ki, yığmamıza qarşı bu oyunda Aleksandr Səmədov da forma geysin...
- Səmədov yığmaya çağırılıbsa, deməli, yaxşı futbolçudu. Amma mən onun yığmadakı çıxışını görməmişəm. Hər halda böyük perspektivi var. Əgər millidə güclənə bilsə, Kapello onu daim diqqət mərkəzində saxlayacaq. Klubunda da yaxşı oynayır.
- Mətbuatda belə bir məlumat var ki, AZAL-da çıxış edən Zohair Benuahi ilə Junior Nildo millimizə çağırıla bilər...
- Mən yığma komandada legionerlərin çıxış etməsinin həmişə əleyhinə olmuşam. Hər bir əcnəbi futbolçuya hörmətim var. Yığmaya legioner çağıranda da, çox güclü olanlara dəvət göndərmək lazımdı. Onlar yerli futbolçulardan ən azı bir baş üstün olmalıdılar. Benuahi ilə Nildo isə yerli futbolçulardan o dərəcədə çox fərqlənmirlər ki, onları yığmamıza dəvət edək. Yığmamız onlarsız da uğur qazana bilər.