10 oktyabr 2012 12:01
Ötən mövsümün qalibləri bu gün mükafatlandırılacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2011/2012-ci il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə ötən mövsümün çempionu “Neftçi”, gümüş mükafatçısı “Xəzər Lənkəran” və bürünc mükafatçısı “İnter”ə Fransanın məşhur “Artua-Bertran” şirkəti tərəfindən hazırlanmış medallar təqdim olunacaq.
Bundan başqa İdman Araşdırmaları Mərkəzi tərəfindən aparılmış sorğuya əsasən ötən mövsümün ən yaxşıları nominasiyalarında qalib gəlmiş futbolçulara Peşəkar Futbol Liqasının mükafatları təqdim ediləcək. Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq tədbirin başlama vaxtı 18:00-dı.
