10 oktyabr 2012 12:14

“Azərbaycan ümidlərimizi artıqlaması ilə doğrultdu”

FIFA Qadın Turnirlərinin rəhbəri Tatyana Haenni AFFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Azərbaycanda keçirilən çempionatı Yeni Zellandiya və Trinidad Tobaqodakı turnirlə necə müqayisə edərdiniz? Azərbaycandakı turniri fərqli edən cəhət varmı?
- Bir çox fərqli cəhətlər olduğundan müqayisə etmək heç də asan deyil. Buna baxmayaraq, çempionatın bir çox özəllikləri var: Bu çempionat müsəlman ölkəsində ilk qadınlararası dünya çempionatıdır. Sıfırdan başlayıb iki il ərzində böyük inkişaf yolu keçmək, çempionatı öz inkişaf planında istifadə etməyi öyrənmək böyük işdir. Qadın futbolu sonuncu iki U-17 qadınlararası dünya çempionatından sonra inkişaf etməyə başlayıb və bu çox yaxşı haldır ki, artıq Azərbaycan, Çin XR, Qambia və Uruqvay kimi yeni komandalar var.
 
- Ölkənin bu çempionatda təşkilatçılıq səylərini necə qiymətləndirirsiz?
- Yerli Təşkilat Komitəsi böyük iş görüb və bütün ölkəni bu prosesə qoşmağı bacarıb. Bakıda atdığınız ilk addımda U-17 qadınalararası dünya çempionatının ab-havasını duymamaq mümkünsüzdür. Bu hər yanda hiss olunur. Məktəblər tədbirə cəlb olunublar. Ölkə başçısı turniri və ümumilikdə dünya futbolunu dəstəkləyir. Ölkədəki inkişafı və dinamikanı açıq-aşkar hiss etmək olur. Yeni infrastruktur işlərini, təzə və təmir olunmuş stadionları görmək çox valehedici bir haldır.
 
- İnfrastruktur işləri, əsasən də hotellər, stadionlar, nəqliyyatın təşkili sizin bu çempionatdakı ümidlərinizi doğrultdumu?
- Əlbəttə, hər şey ümidlərimizi artıqlaması ilə doğrultdu. Texniki təchizat və stadionlar bu böyük işdən qalan mirasın bir tərkib hissəsi olacaq. Ölkə sürətli inkişafdadır və infrastruktur standartları yüksək səviyyədədir. Stadionlarda və həmçinin, digər məkanlarda insanların qazandığı təcrübə və bilik də çempionatdan qalan bir təcrübə olacaqdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.