11 oktyabr 2012 01:02
Arazdan şok məğlubiyyət, Barcelona 18 cavabsız qolla qalib gəldi (YENİLƏNİB)
Futzal üzrə UEFA kubokundakı təmsilçimiz "Araz" elit raund çərçivəsindəki ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, futzalçılarımız Sloveniyanın Lasko şəhərindəki "Tri Lilije" idman komleksində yerli "Litija" klubu ilə qarşılaşıblar.
Görüş komandamız üçün çox yaxşı başlayıb. Belə ki, ilk hissədə "Araz" üç cavabsız qol vurub. Amma fasilədən sonra hər şey tərsinə cərəyan edib. Meydan sahibləri ardıcıl beş qol vuraraq, Azərbaycan çempionuna əsl şok yaşadıblar. Beləcə, "Araz" elit raunda məğlubiyyətlə başlayıb və mərhələ adlamaq şanslarını azaldıb.
Qeyd edək ki, bu gün A qrupu çərçivəsində “Araz”ın rəqibləri olan “Barcelona” (İspaniya) ilə “MNK Split” də (Xorvatiya) öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər. UEFA Kubokunun son qalibi olan ispanlar rəqib qapısından düz 18 cavabsız qol (!) keçiriblər.
UEFA Kuboku
Elit raund
A qrupu
10 oktyabr
Litija - Araz - 5:3 (0:3)
Qollar: Dantas, 1 (0:1), Karlos Alberto, 7 (0:2), Serjao, 19 (0:3), Fetiç, 23 (1:3), Vrhoveç, 31 (2:3), Fetiç, 36 (3:3), Pertiç, 37 (4:3), Fetiç, 38 (5:3).
