10 oktyabr 2012 00:18
Rauf Əliyev: Qarabağın qələbə qazanmaq şansı əlindən alınıb
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyev AFFA İntizam Komitəsinin ona verilən sarı vərəqəni ləğv etməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Əgər İntizam Komitəsi “Kəpəz”lə oyunda aldığım sarı vərəqəni ləğv edirsə, bu, “Qarabağ”ın qələbə qazanmaq şansının əlindən alınmasından xəbər verir. Çünki mən həmin vərəqəni guya simulyasiyaya əl atdığım üçün almışdım. Amma hakim əslində mənə sarı vərəqə yox, rəqib qapısına penalti təyin etməli idi. Bu qərarı ilə referi birbaşa nəticəyə təsir etmiş oldu. Halbuki, biz çempionluğa oynayırıq və Gəncədəki görüşdə də qələbə qazanmaq bizim üçün çox vacib idi”.
