10 oktyabr 2012 12:27
Yığmamız ispanlarla sülhə razılaşdı
İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Bernard Lippertin yetirmələri "Malaga" CF II komandası ilə üz-üzə gəlib.
Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. Yığmamızın heyətində Nurlan Novruzov fərqlənib.
