10 oktyabr 2012 00:27

Azərbaycanda gələcəyin hakimləri yetişir

Bir çox oyunçular üçün yeni təcrübə olması ilə bərabər, FIFA U-17 qadınlararası dünya çempionatı eləcə də bir çox hakimlər üçün yeni bir təcrübədir. Azerisport.az xəbər verir ki, gələcəyin istedadlı futbol hakimlərini və hakim köməkçilərini yaratmaq məqsədilə Azərbaycan 2012-də iştirak edən hakimlərin bilik və bacarıqları imtahana çəkilir və onların bir gün dünya çempionatlarını və Olimpiya oyunlarını idarə edəcəklərinə ümid edilir.
 
Olimpiya 2000 turnirinin final oyununu idarə etmiş Soniya Denonkortun koordinatorluğu altında hər bir konfederasiyadan olan qadın hakimlər bu turnir ərzində həm meydanda, həm də tədris zalında bilik və bacarıqlarını inkişaf etdirir və peşəkar əlaqələr qururlar. Macar referi Katalin Kulçar FIFA.com saytına müsahibəsində qeyd edir: "Bu turnir bizim üçün vərdiş etməli olduğumuz yeni, eləcədə mübarizəli və həyəcanverici bir mühütdür.
 
"Bizim həm təlim-məşq toplanışlarında həm də tədris otaqlarında bir yerdə olmağımız çox yaxşı haldır, çünki biz müxtəlif ölkələri təmsil edirik və meydanda birgə əməkdaşlıq etməliyik, belə ki, belə olduqda oyunları idarə etmək bizim üçün daha da asanlaşır".
 
"Zənnimcə, hər təlim-məşq toplanışlarında biz nəyisə yeni bir şey öyrənirik," deyə hollandiyalı köməkçi referi Nikolet Bakker əlavə edir.
 
Onların bu turnirdə əldə etdikləri texniki bacarıqları vətəndə gündəlik və həftəlik həyatlarına tətbiq edəcəklərinə ümid edilir. Premyer Liqanın sabiq futbol hakimi və hazırda Azərbaycan 2012-nin hakim inspektoru olan Mayk Reyli onların bu turnirdə əldə etdikləri təcrübənin gələcək mühüm türnirlərdə iştrak edə bilmələri üçün mükəmməl hazırlıq olduğu fikrindədir.
 
"Onlar hər hansı digər FIFA turnirləri kimi tamamilə eyni strukturlu bir turnirdə hakimlik etmək təcrübəsi, eləcə də normal iş şəraitində görə bilmədikləri dünyanın müxtəlif konfederasiyalarını təmsil edən bir çox digər əməkdaşlar ilə birgə işləmək təcrübəsi əldə edirlər. "Əlavə olaraq Soniya və onun məşqçi və bacarıqartırma heyəti tərəfindən keçirilən dörd həftəlik intensiv təlim-məşqlərini də nəzərə alsaq, o halda, bu turnirin onlar üçün çox müsbət və faydalı təcrübə olduğunu düşünürəm".
 
Fiziki və texniki məşqlərdən əlavə, onlara həmçinin oyunun bütün aspeklərinə dair mənəvi hazırlıq texnikaları da öyrədilir. Bu sahəni tədris edən şəxs səmərəli mənəvi hazırlıqlara dair məşqlərin hakimlərin bədən və zehni ilə vəhdət yaradılmasında böyük rolu olduğunu düşünən idman üzrə psixoloq Ester Mulladı.
 
"Zehn hər zaman bədənlə vəhdətdə olmalıdır və mənim üçün onlarda bunun inkişaf etdiyini görmək çox vacibdir," deyə o, qadın hakimlərin məşq prosesinə seyr edərək qeyd edir. "Dörd və ya beş ildən sonra siz onların inkişaf etdiyini, daha düzgün qərarlar veridklərini, bədən dilini daha da təkmilləşdirdiklərini, stres və mənəvi təzyiqlərin daha yaxşı öhdəsindən gəldiklərini görürsüz".
 
Bu turnirdə əldə edilmiş bacarıqlar gələcəkdə bu peşədə irəlilərə gedə bilmək üçün hakimlərə zəruri vasitələr təmin edəcəyinə ümid edilir. Yamaykalı hakim Kardella Samuelsin məqsədi də elə budur. "İmkanlar sonsuzdur, peşənizdə məsuliyyətli olursuz, səylə çalışırsız və sonda bunun bəhrəsini görürsünüz".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.