10 oktyabr 2012 00:36
Əfran İsmayılov: Millimiz Benuahi və Nildosuz da uğur qazana bilər
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov AZAL-da çıxış edən Junior Nildo və Zohair Benuahinin milliləşdirilməsi barədə yayılan xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mən yığma komandada legionerlərin çıxış etməsinin həmişə əleyhinə olmuşam. Hər bir əcnəbi futbolçuya hörmətim var. Yığmaya legioner çağıranda da, çox güclü olanlara dəvət göndərmək lazımdı. Onlar yerli futbolçulardan ən azı bir baş üstün olmalıdılar. Benuahi ilə Nildo isə yerli futbolçulardan o dərəcədə çox fərqlənmirlər ki, onları yığmamıza dəvət edək. Yığmamız onlarsız da uğur qazana bilər”.
