10 oktyabr 2012 00:45
Elçin Məmmədovun ləğv edilən qərarı (VİDEO)
Xəbər verdiyimiz kimi, AFFA-nın İntizam Komitəsinin sonuncu iclasında “Qarabağ”ın futbolçusu Rauf Əliyevə “Kəpəz”lə görüşdə göstərilmiş sarı vərəqə ləğv edilib. Azerisport.az xəbər verir ki, oyunun 66-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu simulyasiyaya görə sarı vərəqə alıb.
Lakin matçın videoyazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən də Rauf Əliyevə göstərilən sarı vərəqə ləğv edilib.
