11 oktyabr 2012 12:49
Elvin Məmmədov: Foqtsun bu qərarını şərh etmək istəmirəm
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov Rusiya ilə oyuna aparılmamasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən məşqlərdə çox çalışırdım. Əsas heyətə düşmək üçün əlimdən gələni edirdim. Rusiyaya qarşı oynamağı çox istəyirdim. Dünən Berti Foqts məni çağırdı və maraqlandı ki, son dövrlər niyə “Bakı”da niyə çox oynamıram? Daha sonra isə belə bir qərar qəbul etdi. Mən baş məşqçinin qərarını şərh etmək istəmirəm. O, yığmanın çalışdırıcısıdı və Moskvaya hansı heyəti aparmağı da hamıdan yaxşı bilir”.