11 oktyabr 2012 01:11

Məğlub almanlar uğurlu sonluq sözü verirlər

Bakının 8KM stadionunda final fiti səsləndikdə almaniyalı futbolçular məyusluq içində meydançada diz üstə çökdülər, hətta onların bəziləri göz yaşlarına sahib ola bilmədilər. Onların Azərbaycanda keçirilən 2012-ci il 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatındakı uğurlu çıxışları yarımfinal oyununadək davam etdi. Belə ki, almanlar yarımfinal qarşılaşmasında Koreya XDR-ə 2-1 hesabı ilə məğlub olmaqla finala vəsiqə qazana bilmədilər. Həmin gün Anouşka Bernhardın yetirmələri güclü asiyalılar qarşısında aciz qaldılar.
 
“Rəqiblərimiz, doğrudan da, əla oyun nümayiş etdirdilər. Buna görə də öz komandama hər hansı iradım yoxdu. Şimali Koreyanın bugün bizdən üstün olduğunu qəbul etməliyik”, deyə adəti üzrə oyundan sonra yetirmələrini başına toplayan təcrübəli məşqçi bildirdi.
 
“Yetirmələrimə özlərini tez ələ almağı tapşırdım", deyə Bernhard  FIFA.com saytına müsahibəsində söylədi. “Bununla belə, biz bütün bacarığımızı sərgilədik. Daha sonra bir-birimizin əlindən tutaraq üçüncü yer uğrunda qarşılaşmada da bütün səylərimizi birləşdirəcəyimizə söz verdik”.
 
Buraxılan iki qol məğlubiyyəti rəsmiləşdirdi
Yarımfinal qarşılaşmasında almanlar oyunun birinci və ikinci hissələrində Kim So-Hyanq tərəfindən vurulan iki qoldan sonra özlərinə gələ bilmədilər. Bernhardın komandası yalnız oyunun sonuna yarım saat qalmış vurulan qollardan birinin əvəzini çıxa bildi. Rebeka Knaak yenə də düzgün vaxtda düzgün mövqedə dayanmışdı: Məhz bu futbolçu Braziliya ilə dörddə bir final qarşılaşmasının son anlarında qol vurmaqla komandasına yeni nəfəs vermiş və onu yarımfinala daşımışdı.
 
Lakin Koreya XDR ilə görüşdə almanlar öz oyun üslublarını nümayiş etdirə bilmədilər. Cənubi amerikalılar və Çin üzərində qazanılan qələbələr zamanı almanların əsas silahı inadkarlıq və bəxtin onların tərəfində olması idi. Lakin sonuncu qarşılaşmada alman maşını işə düşə bilmədi. 
 
“Biz bütün səylərimizi birləşdirdik və oyunun sonunadək mübarizəni davam etdirdik”, deyə almanların qolunun müəllifi Knaak qətiyyən təmkinini pozmadan FIFA.com saytına müsahibəsində bildirdi. “Lakin bu gün Şimali Koreya daha güclü idi, buna görə də onları finala yüksəlmələri münasibətilə təbrik edirik. Təbii ki, məyusuq, ancaq fikrimizi Qana ilə keçirəcəyimiz növbəti matç üzərində cəmləyərək turniri üçüncü yerdə başa vurmağa çalışacayıq”.
 
Komanda uğurlu sonluğa ümid edir
Bürünc medal uğrunda görüşdə köhnə rəqiblər yenidən üz-üzə gələcəklər. Belə ki, komandalar qrup mərhələsində artıq bir dəfə qarşılaşıblar ki, bu da almanların 2-1 hesablı qələbəsi ilə başa çatıb. Lakin çempionat irəlilədikcə Qana yığmasının özünə inamı artmış və daha yaxşı oyun sərgiləməyə başlamışdır. Onlar dörddə bir final görüşündə çempionatın favoriti olan Yaponiyanı turnirdən kənarlaşdırmışdılar.  
 
Bu səbəbdən heç də təəccüblü deyil ki, Bernhard şənbə günü Bakıda Tofiq Bəhramov Stadionunda keçiriləcək qarşılaşma haqqında elə də arxayın görünmür: “Düşünmürəm ki, artıq bir dəfə Qananı məğub etməyimiz bizə bu görüşdə  üstünlük verir. Mən Qananın Fransa ilə oyununu izlədim. Bu qarşılaşmada onlar bizimlə görüşdə olduğundan tam fərqli bir komanda kimi çıxış etdilər” deyə 42 yaşlı məqşçi söylədi.
 
İndi sarsılmış yetirmələrində yenidən ruh yüksəkliyi formalaşdırmaq və onları son qarşılaşmaya hazırlamaq üçün məşqçinin ixtiyarında cəmi üç gün var. “Biz Qananın aqressiv oyununa bələdik. Lakin biz onlara qarşı necə oynamağı və necə qalib gəlməyi də bilirik”, deyə artıq psixoloji olaraq özünü üçüncü yer uğrunda qarşılaşmaya hazırlayan Knaak sözlərinə bu cür yekun vurdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.