11 oktyabr 2012 01:16
Bakının futbolçuları Atletico və Lansda!
“Bakı” Fransanın “Lans” və İspaniyanın “Atletico” klubları ilə əməkdaşlıq edəcək. Azerisport.az xəbər verir ki, bu barədə klubun prezidenti Hafiz Məmmədov açıqlama verib.
Klub rəhbəri “Atletico”nun nümayəndələrinin bu gecə ölkəmizə gələcəyini bildirib. İspaniya klubunun nümayəndələri “Bakı”nın akademiyasından bir neçə futbolçunu seçib, öz akademiyalarına aparacaqlar. Onlar İspaniyada bir neçə ilə ərzində futbolun sirrlərini öyrənəcəklər.
