11 oktyabr 2012 13:25
Bakı bu gün Atletico ilə müqavilə imzalayacaq
Bu gün Azərbaycanın “Bakı” və İspaniyanın “Atletico” klubları arasında müqavilə imzalanacaq. Azerisport.az xəbər verir ki, Bakı və Madrid təmsilçiləri bundan sonra qarşılıqlı əməkdaşlıq etməyə hazırlaşırlar.
Bu əməkdaşlıq barədə rəsmi müqavilənin imzalanması mərasimi “Bakı”nın bazasında həyata keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.
