11 oktyabr 2012 13:36
“Artıq bizim əsas rəqibimiz Araz yox, Barcelonadı”
“Birinci hissədə bizimki qətiyyən alınmadı. Bu üzdən də fasiləyə 0:3 hesablı yenilgiylə yollandıq. Artıq başa düşürdük ki, oyunu xilas etmək çətin olacaq. Amma fasilədə danışdıq ki, doğma publika önündə uduzmamalıyıq. Bizi dəstəkləməyə xeyli insan gəlmişdi. Onları məyus etməməyə söz verdik. Fikrimcə, rəqib də bizim ikinci hissədə belə müqavimət göstərəcəyimizi gözləmirdi. Biz əsl xarakter nümayiş etdirdik. Şadam ki, bu görüşdə üç qol vura bildim. Lakin mənim üçün əsas komandamın uğurudu. Artıq bizim əsas rəqibimiz “Araz” yox, “Barcelona”dı. Biz kataloniyalıların Xorvatiya “Split”i ilə oyununu görmüşük. Onların 18 qol vurması çox şeydən xəbər verir”.
